Dünya futbolu
Nazarovun komandası səfərdə darmadağına sevindi

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 9-cu turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.
Aue təmsilçisi səfərdə “Sandhauzen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.
Nazarov da bu matçın iştirakçısı olub. O, 90-cı dəqiqədə meydana buraxılıb.
9 turdan sonra 15 xala malik “Ersgebirge” 18 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.
- Ölkə futbolu20 saat əvvəl
“Mənə qarşı münasibətdən məyus oldum” – Kərəm Sultanov
- Ölkə futbolu21 saat əvvəl
Polşa klubu 200 min avro ödəməlidir – Mahirə görə
- Ölkə futbolu19 saat əvvəl
Alvaro Tavareş: “Keşlə”də layiq olduğum şans verilmədi”
- Dünya futbolu22 saat əvvəl
“Fənərbaxça”nı Super Liqanın digər klubuna dəyişdi