Dünya futbolu
Əliyevin komandası “Krasnodar”ı məğlub yola saldı

Futbol üzrə Rusiya Premyer Liqasında 16-cı turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Krasnodar”la qarşılaşıb. Əliyevin komandası bu görüşdən qələbə ilə ayrılıb – 1:0.
Kamran bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə bir qol vurmuş Əliyev bu dəfə sonadək ehtiyatda qalıb.
16 turdan sonra 18 xalı olan “Ximki” 16 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu22 saat əvvəl
“Mənə qarşı münasibətdən məyus oldum” – Kərəm Sultanov
- Ölkə futbolu22 saat əvvəl
Polşa klubu 200 min avro ödəməlidir – Mahirə görə
- Ölkə futbolu20 saat əvvəl
Alvaro Tavareş: “Keşlə”də layiq olduğum şans verilmədi”
- Dünya futbolu23 saat əvvəl
“Fənərbaxça”nı Super Liqanın digər klubuna dəyişdi