Ölkə futbolu
Rauf Əliyev də yoluxdu – “Qarabağ”a qarşı oynamayacaq

“Səbail”də koronavirusa yoluxan futbolçuların sayı artıb. 4 qolla komandanın bombardiri olan Rauf Əliyev bi səbəbdən “Qarabağ”la matçı buraxacaq.
Özünü yaxşı hiss etmədiyi üçün məşqlərdən kənarlaşdırılan hücumçu həftə boyunca hazırlaşmayıb. O, ev şəraitində karantinə alınıb.
Hazırda COVİD-19 səbəbindən Əfran İsmayılov, Elgün Nəbiyev, Vüqar Bəybalayev və Kamran Ağayev də məşqlərə qoşulmur. Mirsahib Abbasov və Kamal Qurbanov isə sağalaraq, heyətə dönüb.