Connect with us

Ölkə futbolu

Əcnəbi asılılığı: yerli mütəxəssislər niyə yetişdirilmir? – PROBLEM

-də paylaşıldı

Fiziki hazırlıq Azərbaycan futbolunda daim problemli sahə olub. Ardıcıl iki oyun keçirmək milli komandalarımız üçün həmişə ən ağrılı məqamlardan sayılıb və qısa müddətdə reallaşan cüt qarşılaşmalardan uğurlu nəticələrlə ayrıldığımızı xatırlamıram.

Düzdü, son zamanlar “Qarabağ”ın ağır qrafikə öyrəşən futbolçularının beynəlxalq matçlarda qazandığı təcrübə sayəsində bəzən bu çatışmazlıq gözdən itir. Eyni zamanda klublarımız da fiziki hazırlığa xaricdən gətirilən mütəxəssislər sayəsində ciddi fikir verir. Lakin yenə də problem yetərincədi, uşaq futbolunda hazırlıq düzgün qurulmadığından klublarda keçilən fiziki hazırlıq əksər hallarda yerli futbolçular üçün dözülməz yükə çevrilir, orqanizmlər yüklənməyə tab gətirmir.

Ən pisi odur ki, fiziki hazırlıq üzrə məşqçilər baxımından əcnəbi asılılığı var. Yerli mütəxəssislər kateqoriya alıb, hansısa komandada məşqçi işləməyə daha çox üstünlük verir, nəinki spesifik sahədə püxtələşməyə. Ölkəmizdə məşqçi kursları, kateqoriyaların paylandığı imtahanlar təşkil olunsa da, AFFA futbolumuzun axsaq tərəfinə diqqət yetirməyi lazım bilmir.

Problem hər zaman hiss olunub, aşkar görünüb. Lakin AFFA-da mövcud qurumlar ölkə futbolundakı problemli sahələri aşkarlamağı, rəhbərliyə raport verməyi lazım bilməyib. Bəlkə də ediblər, amma tədbir görülməyib. Xüsusilə Məşqçilər Komitəsinin bu məqama diqqət etməsi, problem kimi qabartması, həllinə nail olması lazımdı.

Məşqçilərimizdə də günah var. Fiziki hazırlıq üzrə məşqçi olmaq ömürlük iş yerinin olması deməkdi. Çünki bu sahədə bacarıqlı mütəxəssisə böyük ehtiyac var. Tələbatı görmək, o sahə üzrə ixtisaslaşmaq öz sabahını təmin etmək deməkdi.

Təsəvvür edin, Premyer Liqada mübarizə aparan 8 klubdan 6-nın fiziki hazırlıq üzrə məşqçisi əcnəbidi. Ötən illər ümumiyyətlə, yerlilərə rast gəlmirdiksə, bu mövsüm “Zirə”ylə “Keşlə” fərqli addım atıb.

Klublarımızda çalışan fiziki hazırlıq üzrə məşqçilər:

Qarabağ: Çudomir Çakarov

Neftçi: Mario Kastelyano

Zirə: Nəriman Hüseynov

Sumqayıt: Gerard Merino

Keşlə: Əli Muradov

Sabah: Xesus Pinedo

Səbail: Toni Boqdanovski

Qəbələ: Vladimir Şeludko

“Zirə”də çalışan Nəriman Hüseynovun hansı səviyyədə mütəxəssis olduğunu dəqiq deyə bilməyəcəyik. Ancaq onun sıradan C kateqoriyalı məşqçi lisenziyasına sahib olması hər şeyi deyir. “Keşlə”də çalışan Əli Muradov isə daha çox məcburiyyətdən bu posta təyin olunub. Daha çox qadın komandalarında çalışmış B kateqoriyalı bu şəxsə Aleksandr Karakliçin gedişindən sonra klubun böyük vəsait xərcləyib başqa əcnəbi gətirə bilməməsi üzündən güvənilir. “Səbail” isə ailə problemləri üzündən ölkəmizdən ayrılan Toni Boqdanovskiyə hətta yerlilərdən də kimisə xələf təyin etməyib.

Əsas milli komandada çalışan 3 italiyalı köməkçi, U-21-də işləyən Vladimir Kozul məhz yerli kadrların yoxluğu üzündən gətiriliblər. Halbuki onların toplam birillik maaşını yerli mütəxəssislərin hazırlığına yönəltsək, həm veteranların iş yeri baxımından problemi azalar, həm də yaxşı yerli kadrlar qazanarıq.

AFFA-nın təşkilatçı, təşəbbüskar kimi qüsurları öz yerində, məşqçilərimizin biganəliyi də önəmli faktordu. Hamının baş məşqçi işləmək istədiyi Azərbaycanda fiziki hazırlıqla məşğul olmaq sanki eyib sayılır. Halbuki bu sahə Avropada prestijli və tələb olunan məğuliyyətlərdəndi. Klublarımızda 3-10 min dollar aralığında aylıq maaş verilən bu postlar niyə əcnəbilərə həvalə olunsun ki?

Təbii ki, problem təkcə tənbəllikdə, etinasızlıqda deyil. Fiziki hazırlığa cavadeh olan şəxslər savada, ağıla, bacarığa sahib olmalıdı. Bu sahə təsadüfi adamların işləyəcəyi yer olsaydı, namizədlərin sayı həddindən artıq olardı.

İstənilən halda, problemli sahədi və həlli vacibdi. Qurban Qurbanov milli komandaya baş məşqçi təyin olunarkən məhz bu məqamları nəzərə alaraq, “bizə ot mütəxəssisinə kimi hər sahədə kadrlar lazımdı” demişdi. “Qarabağ”da bu problemlərlə üz-üzə qalan, daim əcnəbiləri yanına gətirən baş məşqçi iş prosesinin içində olduğundan çatışmazlıqları dilə gətirir, kadr hazırlamağın vacibliyini vurğulayırdı. AFFA isə onun tövsiyyələrini unudub, özünü yola salmaqla “problemi həll etdi”. Çünki Qurbanovun tələbləri, istəkləri futbolun problemlərinin aradan qaldırılması üçün idi. Assosiasiyada əyləşənlər isə kadr hazırlamaqdansa, azərbaycanlıların hansısa sənət sahibi olmasındansa, əcnəbiləri gətirib pul dağıtmağı, cib doldurmağı daha yaxşı bacarır.

Eyni problem ot örtüyünə qulluq edən mütəxəssislərlə bağlı da yaşanır. Təsadüfi deyil, Qəbələdəki meydanlara uzun illər ingilis mütəxəssis cavabdehlik daşıdı, böyük işlər gördü. Fil Şarples sonradan “Qarabağ”a da xidmət etdi, AFFA-nın yaşıl saxlaya bilmədiyi qazonlara qulluq etdi. O, ölkəmizdən gedənədək bir neçə yerli mütəxəssislər hazırladı – hansı ki, onlardan bəziləri hazırda Türkiyədən iş təklifi alaraq, qardaş ölkəyə yollanıb.

Fiziki hazırlıq üzrə məşqçi problemi isə bu qədər asan həll olunan deyil. Mütəxəssis yetişdirmək üçün daimi tədris,təhsil, kursların təşkili gərəkdi. Eyni zamanda xaricə seminarlara, təcrübəyə getmək, göndərilmək vacibdi. Bütün bunlar isə həm AFFA-nın, həm də klubların görməli olduğu işdi.

Gənclər və İdman Nazirliyi də problemdən yaxasını kənara çəkməməlidi. İdman Akademiyasının futbol kafedrasında bu sahəyə diqqət edilməlidi, tələbələrin bir qisminin bu sahə üzrə ixtisaslaşdırılmasına diqqət yetirmək lazımdı. Təbii ki, bunun üçün öncə tələbat araşdırılmalı, daha sonra kadr hazırlığı işi qurulmalıdı. İllərdi edilməsi lazım olan, amma unudulan prosesdən danışırıq. Bizdə isə hamı gününü keçirir, qarşılıqlı əməkdaşlıq, problemlərin həlli istiqamətində qurumlararası birgə səylər yoxdu.

AĞA

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Müsahibə2021-01-27 14:16

“Keşlə”də daha bir gərginliq – Qurbanov işə qalmaqalla başladı

Ölkə futbolu2021-01-27 14:00

“Qarabağ” Mahirlə bağlı qərar verdi, Geryeni cəzalandırdı

Dünya futbolu2021-01-27 13:42

“Fənərbaxça”nın sabiq baş məşqçisi vəfat etdi

Ölkə futbolu2021-01-27 13:21

“Zirə”də 4-cü dubl

Ölkə futbolu2021-01-27 13:11

Bəhlula elçi düşən 130 yaşlı “Veyle” – ona 5 min avro təklif edib

Digər2021-01-27 13:00

Cəbrayılın Göyərçin Veysəlli kəndi – VİDEO

Premyer-liqa2021-01-27 12:40

“Qarabağ” – “Səbail” matçının hakimləri bəlli oldu

Premyer-liqa2021-01-27 12:28

AFFA Premyer Liqa klublarını cərimələdi

Dünya futbolu2021-01-27 12:03

“Barselona”da prezident seçkilərinin yeni vaxtı açıqlandı

Dünya futbolu2021-01-27 11:44

İngiltərə Federasiya Kubokunda 1/8 finalın cütləri bilindi

Dünya futbolu2021-01-27 11:21

Premyer Liqada unikal rekord

Ölkə futbolu2021-01-27 11:00

Polşanın daha bir klubu Mahir Emreliyə “elçi düşdü”

Dünya futbolu2021-01-27 10:30

“Yuventus”un futbolçusu koronavirusa qalib gəldi

Dünya futbolu2021-01-27 10:00

Super Liqa klubunda yeni oyunçu

Dünya futbolu2021-01-27 09:30

“Atalanta”nın futbolçusu rəsmən “Sevilya”da

Dünya futbolu2021-01-27 09:00

“Başakşəhər”dən yeni transfer

Dünya futbolu2021-01-27 02:31

“Vilyarreal”la “Betis” 1/4 finalda

Dünya futbolu2021-01-27 02:14

Premyer Liqada qonaqların günü

Dünya futbolu2021-01-27 01:49

Milan derbisində qələbə ilə yarımfinalda!

Dünya futbolu2021-01-27 00:18

İsrafilov qol vurdu, “Albasete” səfərdən qalib döndü

Ölkə kuboku2021-01-25 20:09

“Zirə” darmadağınla mərhələ adladı – VİDEO

Ölkə kuboku2021-01-24 18:14

“Səbail” – “Zaqatala” matçında 5 qol – VİDEO

Premyer-liqa2021-01-21 23:18

“Zirə”dən “Qəbələ” üzərində inamlı qələbə – VİDEO

Premyer-liqa2021-01-21 19:27

Rəşad Sadıqov: “Qəbələ” öz oyununu sərgiləyir, futbolu eybəcərləşdirmir” – VİDEO

Ölkə futbolu2021-01-17 13:36

“Neftçi” PFK-nın bədən testi – VİDEO

Ölkə futbolu2021-01-14 23:54

“Sabah”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Ölkə futbolu2021-01-14 22:47

“Neftçi” – “Keşlə” oyununda 7 qol – VİDEO

Ölkə futbolu2021-01-14 20:17

Samir Abasov: “Bu gün sevindirici məqamlar daha çox idi” – VİDEO

Ölkə futbolu2021-01-14 13:45

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-01-13 15:46

Hazırlığın 10-cu günü “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-01-12 17:01

“Neftçi”nin legioneri toplanışı dəyərləndirdi – VİDEO

Ölkə futbolu2021-01-11 01:25

“Sumqayıt” – “Zirə” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-01-10 19:40

“Neftçi” “Kəpəz”i məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-01-10 19:34

Samir Abasov: “Həm razı, həm də narazı salan məqamlar oldu”

Ölkə futbolu2021-01-10 13:18

“Neftçi”də “Sağlamlıq durumu” açıqlandı – VİDEO

Ölkə futbolu2021-01-09 18:47

“Çempion olmaq istəyirik” – VİDEO

Ölkə futbolu2021-01-07 22:29

“Günün 20 saatını hücumçu məsələsinə həsr edirik” – VİDEO

Ölkə futbolu2021-01-07 20:37

“Keçmişə baxmıram, yalnız gələcək haqda düşünürəm” – VİDEO

Ölkə futbolu2021-01-07 17:21

Aqil Məmmədovla “Piramida” – VİDEO

Ölkə futbolu2021-01-07 16:22

“Futbolçuların gəlməsi ilə bağlı heç bir problem yoxdur” – VİDEO

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?