Dünya futbolu
Qabi futbolçu karyerasını bitirdi

İspaniyanın “Atletiko” klubunun sabiq yarımmüdafiəçisi Qabi karyerasını başa vurub.
Futbolinfo.az xəbər verir ki, ispan futbolçu 37 yaşında sevimli oyunu ilə vidalaşıb.
Onun “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin köməkçisi olacağı gözlənilir.
Qeyd edək ki, Qabi məhz “Atletiko”nun yetirməsidir. O, 2004/05 mövsümündə “Xetafe”də icarədə oynayıb. 2007-2011-ci illər aralığında isə “Saraqosa”da çıxış edən futbolçu 2011-də yenidən Madrid klubuna qayıdıb. 2018-ci ildə isə futbolçu sevimli klubundan ayrılaraq Qətərin “Əl-Sədd” komandasına yollanıb.
Qabi İspaniya La Liqasının, ölkə kubokunun və iki dəfə Avropa Liqasının qalibi olub.
- Ölkə futbolu23 saat əvvəl
Danimarka klubu Bəhlul Mustafazadə üçün rəsmi təklif göndərdi
- Müsahibə22 saat əvvəl
Novruz sensasiyanın sirrini açdı – istək, əzmkarlıq, döyüşkənlik
- Ölkə futbolu21 saat əvvəl
“Neftçi” legionerinə qovuşur
- Ölkə futbolu20 saat əvvəl
“Sübut etdim ki, “Sabah”da heç kimdən zəif deyiləm”