“Qarabağ” klubu Azərbaycan Premyer Liqasının 13-cü turundan sonra futbolçularını istirahətə buraxıb.

Futbolinfo.az xəbər verir ki, artıq bu gündən etibarən əcnəbi oyunçular ölkəni tərk etməyə başlayacaq.

Komanda 2021-ci il yanvarın 5-də Bakıda “Azərsun Arena”da bir araya gələcək. Legionerlər isə bir-iki gün sonra komandaya qoşulacaq. (Report)

Qeyd edək ki, “Qarabağ” 13-cü turda “Zirə”ni 3:2 hesabı ilə məğlub edib. Premyer Liqada 14-cü tur yanvarın 21-də olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp