Connect with us

Ölkə futbolu

Çempionatı Rəfiyevin səhvlərinə görə dayandırmamalıyıq!

-də paylaşıldı

Ayxan Abbasov əsəbləşib. “Sumqayıt”ın düşdüyü durum onu belə danışmağa vadar edib. Haqsız sayılmamalıdı, meydana buraxmağa futbolçu tapa bilmədiyindən narazılığını dilə gətirir. Amma…

Dünən ev matçında “Qəbələ”yə 0:1 hesabıyla uduzan “Sumqayıt” turnir vəziyyətini pisləşdirdi. Qonaqların aşkar üstün olduğu, çoxlu qol epizodu yaratdığı görüşdə “kimyaçılar”ın ənənəvi oyunundan əsər-əlamət görünmürdü. Abbasovun yetirmələri həmişəki sürətli, aqressiv oyununu sərgiləməyi bacarmırdı. Çünki əsas heyətin aparıcı oyunçuları zədə, cəza və xəstəlik üzündən kənarda qalmışdı. Baş rol ifaçılar olmayanda tamaşa da maraqlı alınmır.

Elə bu səbəbdən Abbasov qəzəb püskürdü. O, Premyer Liqanın 11-ci turunun bağlanış matçından sonrakı mətbuat konfransında bunları dedi: “Biz də acınacaqlı vəziyyətdəyik. Bəzi futbolçular xəstə-xəstə meydana çıxıb. Vəziyyət gərgindir, həm oyunçumuz yoxdur, həm xəstələr var, həm də zədəlilər. Yəqin ki, gələn turdan sonra dayanarıq. Bilmirəm, futbol önəmlidir, yoxsa sağlamlıq? Futbol haqda danışılası bir şey yoxdur. Mən də istəyirəm çempionat davam etsin, Avropada davam edir. Amma orada olan klubların 25-30 futbolçusu var”.

Bu açıqlamanın son cümləsi Ayxan bəyin qəzəbinin açmasıdı. O, heyətin zəngin olmamasına görə çempionatın dayandırılmasının gərəkliyinə işarə vurur. Ehtiyat qüvvə yoxdu, bu səbəbdən yarışın davamında maraqlı deyil. Belə davam etsə, yarımcan “Sumqayıt” son pillələrə yuvarlanacaq.

Lakin bu, düzgün yanaşma deyil. Əvvəla, bütün dünyada çempionatlar davam edir. Elə klublar var ki, meydana əvəzedicilərdən ibarət komandanı çıxarır. Ukraynanın timsalında hətta milli komandalar bu durumdan əziyyət çəkib. Bununla belə, vurusla yanaşı yaşamağı öyrənməliyik. Hər şeyi dayandırmaqla problemin həll olunmadığını bütün dünya anlayıb.

Düzdü, son vaxtlar futbolumuzda koronavirus tablosu qorxuncdu. Klublarımızda yoluxanların sayı 50-ə çatıb. Amma Türkiyədə, Rusiyada 20 üzvü virusa yoluxmuş klubların olduğunu, amma çempionatların dayandırılmadığını xatırlamalıyıq. “Sumqayıt” yalnız bu tur 4 futbolçusunu virus üzündən itirdi, digər komandalarımız həftələrdi eyni əziyyəti çəkir. Elə dünən rəqib olan “Qəbələ”də bu itkilər daha çox idi – 6 nəfər.

Ayxan bəy haqlıdı, amma hədəfi düzgün seçməyib. Komandada heyətə qoymalı 11 nəfər səviyyəli futbolçu yoxdusa, bunun günahı klubda, prezident Riad Rəfiyevdədi. Elə Ayxan bəyin bacarığı hesabına sıfırdan qurulan, boyundan yuxarı tullanan “Sumqayıt”ın gözlənilməz uğurlarının arxasında gizlənən, özünü reklam edən Riad bəyin bacarıqsızlığı indi üzə çıxır. Klub AFFA-dan maliyyələşən digər klublar arasında ən aşağı büdcəyə malikdisə, heyətə legioner götürmək qadağası qoyulubsa, bunun məsuliyyəti Rəfiyevin boynundadı. 12-13 futbolçudan ibarət “Sumqayıt” klub yox, həvəskar komanda sayılmalıdı.

Abbasovun etirazı əslində, elə klub rəhbərliyinədi. Geniş heyət yoxdu, aşağı yaş qruplarından belə məqamlarda köməyə çatacaq əvəzedicilər yetişdirilməyib. Lakin bu, o demək deyil ki, “Sumqayıt”da işlər düzgün qurulmayıbsa, heyətin komplektləşdirilməsini aparmaq mümkün olmayıbsa, kəsəsi, rəhbərlik səriştəsizdisə, buna görə çempionat dayandırılmalıdı.

Yazda hamı çempionatını başa vurdu, Azərbaycan mövsümü erkən bitirən azsaylı ölkələrdən oldu. Fəsadlarını futbolçuların hazırlıq durumunda, millinin çıxışında, klubların avrokubokdakı uğursuz nəticələrində gördük. Məşqçi və futbolçular əmək sərf etmədən yenə maaşlarını aldı, zərbə futbola dəydi.

Ayxan bəy ümumi danışır, kokret hədəf göstərmir. Bəli, haqlıdı, amma günahkar başqaları yox, öz klubunun rəhbərliyidi. Abbasov onu da deyə bilər ki, karantinə, milli komandanın düşərgəsində təhlükəsizlik qaydalarına əməl olunmayıb, klublarda artım məhz yığmadan gələnlər vasitəsilə reallaşıb.

“Sumqayıt”ın baş məşqçisi davam edir: “Koronavirusa yoluxanları “tuta bilmirəm”. Deyirlər ki, virusa yoluxan 14 günə sağalır, ancaq bizdə 1 həftə sonra meydana çıxır. Başa düşmürəm, nə lazımdır – hamımız virusa yoluxmalıyıq? Test nəticəsi neqativ çıxsa da, simptomlu futbolçuları oynadırıq. Bilmirəm, “Zirə” ilə oyuna 11 nəfəri necə tapacağıq? Oynamalıyıq və oynayırıq. PFL deyir ki, 7 futbolçuda virus aşkarlanmalıdır. Nə edək biz? İki gün əvvəl test veririk, neqativ çıxır. Futbolçu gündüz yaxşı olur, amma axşam hərarəti qalxır. Futbolçu test verəndən sonra gərək evdə qalsın”.

Bu məqamda Abbasov 200 faiz haqlıdı. Digər klublarda futbolçular normal şəkildə karantində qalır, müalicə alır, amma məsələn, “Keşlə”də Vüsal İsgəndərli 1 həftə keçməmiş meydana buraxılır. Bu məsələlərə diqqət edilməli, yoluxmanın qarşısı maksimum alınmalıdı.

Ayxan bəy mətbuat konfransının sonunda çempionatın davam etdirilməməsi istəyinə, heyət çatışmazlığı ilə bağlı narazılığına çılpaqlığı ilə aydınlıq gətirib: “Ehtiyat oyunçumuz yoxdur, əvəzetmə edə bilmirik. 5-6 milyona yığılan komandada ehtiyatda futbolçu olur. Bizim ehtiyatımız gənclər idi, bu gün onların da bəziləri yox idi. Biz də istərdik ki, geniş heyətimiz olsun”.

Ay sağ ol. Səbəb, etiraz, narazılığın qayəsi məhz budur. Açmasını belə yazmaq olar: “Riad Rəfiyev, sənin kimi bacarıqsızın sayəsində çəkdiyim əziyyət boşa gedir. “Keşlə”yə Zaur Axundovun nüfuzuna görə 5 milyon manat ayrılır, səni isə heç kim ciddi qəbul etmədiyindən Sumqayıt boyda şəhərin komandası bunun 1/5-ə layiq bilinir. Buna rəğmən, nəticələrim həmin “Keşlə”dən yaxşıdı. Amma mənim fədakarlığımın da həddi var. Ya ciddi prezident ol, “Sumqayıt”a hörmət edilməsinə, fərq qoyulmamasına nail ol, ya da milli komanda üçün menecerliyini et, pulunu qazan, əsəblərimizi korlama, dişlə-dırnaqla qurduğum karyeram ilə oynama”.

Çempionatın dayandırılması müzakirə mövzusu olmamalıdı. Yarış dayandırılsa, onu bərpa etməyin vacibliyini “yuxarı”lara başa salmaq üçün aylar gedəcək. Sadəcə, mümkün qədər qorunmaq, qaydalara əməl etmək və virusla yanaşı yaşamağı öyrənmək lazımdı. 3 tur qalıb, ardınca onsuz da qış fasiləsinə gediləcək. Avropa ölkələrində daha bərbad statistikaya rəğmən, stadionlara azarkeş buraxmağa başlayıblar, biz isə yarışın dayandırılmasını müzakirə edirik.

FƏRİD

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Digər2021-01-25 19:08

Azərbaycanda koronavirusa 57 yeni yoluxma

Dünya futbolu2021-01-25 19:03

“Fənərbaxça” Özilin maaşını açıqladı

Ölkə kuboku2021-01-25 18:53

Kubokda sensasiya: “Kəpəz” “Sabah”ı 1/4 finala buraxmadı

Dünya futbolu2021-01-25 18:39

“Qalatasaray” yeni transferini rəsmən açıqladı

Digər2021-01-25 18:30

Füzulinin Kürdlər kəndi – VİDEO

Ölkə futbolu2021-01-25 18:02

Vüqar Nadirov: “Neftçi” gücünü artırıb”

Ölkə kuboku2021-01-25 17:54

“Qəbələ” Tovuzdan inamlı qələbə ilə döndü – VİDEO

Müsahibə2021-01-25 17:21

“Qarabağ”ın müdafiəçisi: “Epizodu hakimdən başqa hamı gördü”

Dünya futbolu2021-01-25 17:09

“Qalatasaray”da ciddi itki

Ölkə kuboku2021-01-25 16:57

“Bu rayona Premyer Liqa yaraşır”

Ölkə futbolu2021-01-25 16:20

“Polşa klubunun təklifi gülməli idi” – Mahir Emreli

Dünya futbolu2021-01-25 16:12

“Çelsi” Lempardın göndərildiyini rəsmən açıqladı

Dünya futbolu2021-01-25 15:54

“Çelsi” Lempardı onunla əvəzləyir

Milli komanda2021-01-25 15:02

Yığma komandalarımızın test nəticələri açıqlandı

Müsahibə2021-01-25 14:38

“Bəhanə axtarmıram, amma bu komandanı mən qurmamışdım” – Yunis Hüseynov

Dünya futbolu2021-01-25 13:52

Sabiq dünya çempionu karyerasını bitirdi

Dünya futbolu2021-01-25 13:09

Levandovskidən 1 oyunda 3 rekord

Ölkə futbolu2021-01-25 12:46

“Qəbələ”də titul qazandımsa, “Keşlə”də bunu niyə etməyim?”

Ölkə futbolu2021-01-25 12:28

“Neftçi”nin liderliyi bizə motivasiya olmalıdır”

Dünya futbolu2021-01-25 12:00

İtaliya klubunda baş məşqçiylə yeni müqavilə

Ölkə kuboku2021-01-24 18:14

“Səbail” – “Zaqatala” matçında 5 qol – VİDEO

Premyer-liqa2021-01-21 23:18

“Zirə”dən “Qəbələ” üzərində inamlı qələbə – VİDEO

Premyer-liqa2021-01-21 19:27

Rəşad Sadıqov: “Qəbələ” öz oyununu sərgiləyir, futbolu eybəcərləşdirmir” – VİDEO

Ölkə futbolu2021-01-17 13:36

“Neftçi” PFK-nın bədən testi – VİDEO

Ölkə futbolu2021-01-14 23:54

“Sabah”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Ölkə futbolu2021-01-14 22:47

“Neftçi” – “Keşlə” oyununda 7 qol – VİDEO

Ölkə futbolu2021-01-14 20:17

Samir Abasov: “Bu gün sevindirici məqamlar daha çox idi” – VİDEO

Ölkə futbolu2021-01-14 13:45

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-01-13 15:46

Hazırlığın 10-cu günü “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-01-12 17:01

“Neftçi”nin legioneri toplanışı dəyərləndirdi – VİDEO

Ölkə futbolu2021-01-11 01:25

“Sumqayıt” – “Zirə” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-01-10 19:40

“Neftçi” “Kəpəz”i məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-01-10 19:34

Samir Abasov: “Həm razı, həm də narazı salan məqamlar oldu”

Ölkə futbolu2021-01-10 13:18

“Neftçi”də “Sağlamlıq durumu” açıqlandı – VİDEO

Ölkə futbolu2021-01-09 18:47

“Çempion olmaq istəyirik” – VİDEO

Ölkə futbolu2021-01-07 22:29

“Günün 20 saatını hücumçu məsələsinə həsr edirik” – VİDEO

Ölkə futbolu2021-01-07 20:37

“Keçmişə baxmıram, yalnız gələcək haqda düşünürəm” – VİDEO

Ölkə futbolu2021-01-07 17:21

Aqil Məmmədovla “Piramida” – VİDEO

Ölkə futbolu2021-01-07 16:22

“Futbolçuların gəlməsi ilə bağlı heç bir problem yoxdur” – VİDEO

Ölkə futbolu2021-01-07 12:00

“Ailəmin yanında olmağım çox yaxşı oldu” – VİDEO

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?