Dünya futbolu
Koronavirusa görə təxirə salındı – Premyer Liqa matçı

Futbol üzrə İngiltərə Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilməli olan “Aston Villa” – “Nyukasl” oyunu təxirə salınıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, dekabrın 4-də keçirilməsi nəzərdə tutulan görüşün təxirə salınmasına koronavirus pandemiyası səbəb olub. Belə ki, “Nyukasl” klubunda COVİD-19 testi pozitiv çıxan futbolçuların sayının artması matçın keçirilməsini mümkünsüz edib.
Onu da bildirək ki, “Nyukasl” daha öncə 3, ən son olaraq isə 5 futbolçusunun koronavirusa yoluxduğunu açıqlamışdı. Bu üzdən artıq komanda tam olaraq karantinə alınıb, məşqlər dayandırılıb.
- Ölkə futbolu10 saat əvvəl
Futbolçularin süni qiyamı – “ilmələr” tribunada atılmışdı
- Ölkə kuboku26 dəqiqə əvvəl
Kubokda sensasiya: “Kəpəz” “Sabah”ı 1/4 finala buraxmadı
- Ölkə futbolu8 saat əvvəl
“Keşlə”nin yeni baş məşqçisi bəlli oldu
- Ölkə futbolu3 saat əvvəl
“Polşa klubunun təklifi gülməli idi” – Mahir Emreli