Premyer-liqa
“Qarabağ”da 50-ci oyun

“Qarabağ”ın futbolçusu Abdullah Zubir Premyer Liqada 50-ci oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi yubileyini “Səbail”lə 11-ci turun səfər matçında (1:1) qeyd edib.
O, Azərbaycan çempionatında yalnız bir klubun – Ağdam təmsilçisinin şərəfini qoruyub. Zubir 50 oyunda 14 qol vurub. Debütü 2018/19 mövsümünə təsadüf edən fransalı 23 oyunda 6 dəfə fərqlənib. Ötən çempionatın 19 görüşündə 5 dəfə fərqlənən yarımmüdafiəçi cari mövsümdə 8 matçda 3 qola sevinib.
Qeyd edək ki, Zubir Premyer Liqada 2018-ci il sentyabrın 14-də “Sumqayıt”la ev matçında (1:0) debüt edib.
- Ölkə futbolu23 saat əvvəl
Danimarka klubu Bəhlul Mustafazadə üçün rəsmi təklif göndərdi
- Müsahibə22 saat əvvəl
Novruz sensasiyanın sirrini açdı – istək, əzmkarlıq, döyüşkənlik
- Ölkə futbolu21 saat əvvəl
“Neftçi” legionerinə qovuşur
- Ölkə futbolu20 saat əvvəl
“Sübut etdim ki, “Sabah”da heç kimdən zəif deyiləm”