Dünya futbolu
“Sivasspor”da koronavirusa daha 4 yoluxma

Türkiyənin “Sivasspor” klubunda daha 4 nəfər koronavirusa yoluxub.
Futbolinfo.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə COVİD-19 testi pozitiv çıxanlardan ikisinin futbolçu, ikisinin isə texniki heyətin üzvü olduğu diqqətə çatdırılıb. Onlar dərhal karantinə alınıb.
“Qarabağ”ın Avropa Liqasının I qrupundakı rəqiblərindən biri olan “Sivasspor”da daha öncə də bəzi futbolçuların koronavirusa yoluxduğu açıqlanmışdı. Sivas təmsilçisi 5-ci turda evdə İspaniya “Vilyarreal”ını qəbul edəcək.
- Ölkə futbolu23 saat əvvəl
Danimarka klubu Bəhlul Mustafazadə üçün rəsmi təklif göndərdi
- Müsahibə21 saat əvvəl
Novruz sensasiyanın sirrini açdı – istək, əzmkarlıq, döyüşkənlik
- Ölkə futbolu21 saat əvvəl
“Neftçi” legionerinə qovuşur
- Ölkə futbolu20 saat əvvəl
“Sübut etdim ki, “Sabah”da heç kimdən zəif deyiləm”