Ölkə futbolu
“Turnir cədvəlindəki indiki düzülüş təsadüf deyil”

Tərlan Əhmədovun Premyer Liqa üçün favoritləri bəllidi. Tanınan məşqçi “Futbolinfo”ya müsahibəsində cari mövsümün sonunda komandaların tutacağı yeri təxmin etməyə çalışıb.
Tərlan bəy indiki düzülüşün təsadüf olmadığını düşünür: “İlk iki pillə “Qarabağ”la “Zirə”nindi. Bu vəziyyət mövsümün sonunadək davam edəcək. 3-cü yer hər halda, “Neftçi”nin olacaq. 4-cü pillə uğrunda “Sumqayıt”, “Sabah” və “Keşlə”nin döyüşəcəyini gözləyirəm. Oyunlara baxıram, hansı komandada məşqçi işinin hiss edildiyini görürəm. Rəşad Sadıqov “Zirə”də intizamlı komanda qurub, oyun dəst-xətti görünür. İş doğru aparılırsa, nəticə gələcək. Turnir cədvəlindəki indiki düzülüş təsadüf deyil”.
Əhmədovun “Keşlə”dən gediş səbəbləri, Ceyhun Sultanovla münasibətləri və digər məsələlərlə bağlı fikirlərinin əks olunduğu geniş müsahibəni az sonra oxuya biləcəksiz.
- Ölkə futbolu18 saat əvvəl
Danimarka klubu Bəhlul Mustafazadə üçün rəsmi təklif göndərdi
- Müsahibə20 saat əvvəl
Ceyms Adeniyi: “Kiçik anlaşılmazlıq oldu”
- Müsahibə17 saat əvvəl
Novruz sensasiyanın sirrini açdı – istək, əzmkarlıq, döyüşkənlik
- Ölkə futbolu23 saat əvvəl
“Atamla birlikdə Azərbaycanda işləmək çox maraqlı idi”