Connect with us

Müsahibə

“Görsəm ki, ləzzət almıram, karyeramı bitirəcəyəm” – Ruslan Abışov

-də paylaşıldı

Futbolinfo.az sizi “Sabah”ın kapitanı Ruslan Abışovun müsahibəsi ilə tanış edir:

  • Premyer Liqanın 12-ci turunun “Neftçi” ilə oyununda (0:2) zədə səbəbindən meydana çıxa bilmədiniz. Hazırda özünüzü necə hiss edirsiniz?
  • Ayağımda yüngül ağrı olduğu üçün risk etmədik. Düşündük ki, 4-5 günə çempionatda fasilə yaranacaq. Qış toplanışına rahat qoşulmaq üçün oynamamağım məsləhət görüldü. Yüngül zədədir. Hər şey qaydasındadır.
  • Son turdakı məğlubiyyəti necə şərh edərdiniz?
  • Təəssüf ki, uduzduq. Amma bu cür məğlub olmağı istəməzdim. Deməzdim ki, “Neftçi” bizdən çox üstün futbol sərgilədi. Sadəcə, biz zəif oynadıq. Artıq bu matçı unutmuşuq. Qarşıda “Sumqayıt”la vacib oyunumuz var, buna hazırlaşırıq. Qələbə qazanıb, yuxarı pillələrdəki komandalarla xal fərqini azaltmağa çalışacağıq.
  • Deməli, 2020-ci ilin son oyununu da buraxacaqsınız…
  • Bəli, “Sumqayıt”a qarşı da oynamayacağam.
  • Son vaxtlar tez-tez zədələnirsiniz və bəzən bu, uzunmüddətli olur. Bu mənada, karyeranızı bitirmək barədə düşünürsünüz?
  • Hələ bu barədə heç bir şey fikirləşmirəm. Əsas oyuna baxmaq lazımdır. Yaş amili ikinci plandadır. Düzdür, bəxtsiz zədələr olur, ondan qaçmaq mümkün deyil. Mən ötən yay zədələnmişdim. Ondan sonra özümü tam hazır hiss etsəm də, şans verilmirdi. Hazırkı zədəm də ciddi deyil. Maksimum 10 günə sağalacaq. Uzunmüddətli zədələr olsa, 3-4 ay oynamasam, futboldan getməyi düşünərəm. Xırda zədələlər gənc oyunçularda da olur, təcübəlilərdə də. Əsas odur ki, futboldan ləzzət alasan. Görsəm ki, artıq ləzzət almıram, o zaman karyeramı bitirmək barədə fikirləşəcəyəm. Bundan sonra ən azı 3 il oynamağı düşünürəm.
  • “Sabah” 10 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Sizcə, komanda niyə uğursuz çıxış edir?
  • Düzdür, komandamız yaxşı oyun göstərir. Yeganə problem odur ki, qol epizodlarından istifadə edə bilmirik. Ən böyük çatışmazlığımız budur. Ələ düşən fürsətləri dəyərləndirsək, nəticə başqa cür olar. Çünki hesabda öndə olan komanda daha inamlı oynayır. Komandada başqa ciddi problem yoxdur.
  • Azərbaycan millisinin keçmiş üzvü kimi yığmanın DÇ-2022-nin seçmə mərhələsindəki şanslarını necə qiymətləndirirsiniz? Bilirsiniz ki, Canni De Byazinin başçılıq etdi komanda Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq…
  • Əvvəlcə onu deyim ki, Millətlər Liqasında hamımız yığmadan yaxşı nəticə gözləyirdik. Çünki bu, bizim kimi milli komandalar üçün böyük şansdır. Təəssüf ki, lazımsız xallar itirdik. Qarşıdan dünya çempionatının seçmə mərhələsinin oyunları gəlir. Hər zaman qrupumuzda bu cür çətin rəqiblər olub, ilk hal deyil. Evdə keçirdiyimiz oyunlarda yaxşı çıxış etməyə çalışırıq. Səfər görüşlərində isə çətinlik çəkirik. Düşünürəm ki, millimiz bütün seçmə mərhələlərdə olduğu kimi, bu dəfə də sürpriz edəcək. (Report)
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Digər2021-01-19 19:30

Kəlbəcərin Çopurlu kəndi – VİDEO

Digər2021-01-19 19:00

Azərbaycanda koronavirusa daha 305 yeni yoluxma

Ölkə futbolu2021-01-19 18:30

Samir Əliyevlə “Unudulmaz xatirələr” – VİDEO

Dünya futbolu2021-01-19 18:01

“Ayntraxt”dan “Maynts”a

Ölkə futbolu2021-01-19 17:40

“Qarabağ”dan Nurlan İbrahimovun istefasına münasibət

Ölkə futbolu2021-01-19 17:20

Azərbaycanda bütün matçlar Dövlət Himni ilə başlayacaq

Dünya futbolu2021-01-19 17:00

“Benfika”da koronavirus şoku – 17 yoluxma

Ölkə futbolu2021-01-19 16:45

Nurlan İbrahimov “Qarabağ”dan ayrıldı

Milli komanda2021-01-19 16:30

Millimizin baş məşqçisi koronavirusdan sağaldı, Bakıya gəlir

Dünya futbolu2021-01-19 16:16

Millimizin futbolçusu bəraət aldı

Dünya futbolu2021-01-19 16:00

Mandzukiç rəsmən “Milan”da!

Ölkə futbolu2021-01-19 15:43

“Zirə” yeni transferini rəsmən açıqladı

Dünya futbolu2021-01-19 15:20

“Bavariya”nın futbolçusu “Real”la razılığa gəldi

Dünya futbolu2021-01-19 15:00

İtaliya klubunda yeni baş məşqçi

Dünya futbolu2021-01-19 14:40

Kramarenko ÇSKA-ya keçidindən danışdı

Dünya futbolu2021-01-19 14:20

“Lill”in türk hücumçusu sıradan çıxdı

Ölkə futbolu2021-01-19 14:00

“Bakıda da hörmətim var” – “Neftçi”nin legioneri

Digər2021-01-19 13:41

Füzulinin Şəkərcik kəndi – VİDEO

Ölkə futbolu2021-01-19 13:20

AFFA-da Mahal Məmmədovla görüş keçirildi

Ölkə futbolu2021-01-19 13:00

UEFA-dan “Qarabağ” üçün bonus vəsait

Ölkə futbolu2021-01-17 13:36

“Neftçi” PFK-nın bədən testi – VİDEO

Ölkə futbolu2021-01-14 23:54

“Sabah”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Ölkə futbolu2021-01-14 22:47

“Neftçi” – “Keşlə” oyununda 7 qol – VİDEO

Ölkə futbolu2021-01-14 20:17

Samir Abasov: “Bu gün sevindirici məqamlar daha çox idi” – VİDEO

Ölkə futbolu2021-01-14 13:45

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-01-13 15:46

Hazırlığın 10-cu günü “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-01-12 17:01

“Neftçi”nin legioneri toplanışı dəyərləndirdi – VİDEO

Ölkə futbolu2021-01-11 01:25

“Sumqayıt” – “Zirə” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-01-10 19:40

“Neftçi” “Kəpəz”i məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-01-10 19:34

Samir Abasov: “Həm razı, həm də narazı salan məqamlar oldu”

Ölkə futbolu2021-01-10 13:18

“Neftçi”də “Sağlamlıq durumu” açıqlandı – VİDEO

Ölkə futbolu2021-01-09 18:47

“Çempion olmaq istəyirik” – VİDEO

Ölkə futbolu2021-01-07 22:29

“Günün 20 saatını hücumçu məsələsinə həsr edirik” – VİDEO

Ölkə futbolu2021-01-07 20:37

“Keçmişə baxmıram, yalnız gələcək haqda düşünürəm” – VİDEO

Ölkə futbolu2021-01-07 17:21

Aqil Məmmədovla “Piramida” – VİDEO

Ölkə futbolu2021-01-07 16:22

“Futbolçuların gəlməsi ilə bağlı heç bir problem yoxdur” – VİDEO

Ölkə futbolu2021-01-07 12:00

“Ailəmin yanında olmağım çox yaxşı oldu” – VİDEO

Ölkə futbolu2021-01-05 20:27

Aqil Məmmədov: “Çalışırıq ki, növbəti oyunlara tam hazır olaq”

Ölkə futbolu2021-01-05 19:40

“Hazırlıqda bəzi dəyişikliklər etmək istəyirəm” – Etibar Tarıverdiyev

Ölkə futbolu2021-01-04 21:09

Aqil Məmmədovla “Piramida”

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?