Connect with us

Müsahibə

“Yəqin ki, ömrümün sonunadək həyatımda belə il olmayacaq” – Rəşad Sadıqov

-də paylaşıldı

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov İdman Araşdırmalar Mərkəzinin “İlin qalibləri-2020” layihəsi üzrə mükafatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir:

  • Əvvəlcə şəhid futbolçu İlqar Bürcəliyevlə bağlı fikirlərinizi bilmək istərdik…
  • Çox sevindiricidir ki, İlqar sorğuda qalib oldu. Hamımız qürur duyur, fərəhlənirik. İlqarın xəyalı yaxşı futbolçu olmaq idi. Amma bundan da uca zirvəyə yüksəldi, torpaqlarımızın işğaldan azad olması uğrunda qəhrəmanlıq göstərdi, canından keçdi. Allahdan ona rəhmət diləyirik. İnanıram ki, qardaşı futbolçu kimi onun arzularını həyata keçirəcək.
  • “Zirə”nin 2020-ci ildəki çıxışını necə dəyərləndirirsiniz?
  • Futbola gəlincə, ilin ilk yarısı bir az qarışıq keçdi. Mövsüm yarımçıq dayandırıldı. Futbolçular az sayda oyun keçirdilər. Qış fasiləsindən sonra cəmi 6-7 tur oldu. Bu, onların performansına təsir etməyə bilməzdi. Amma sevindiricidir ki, avqustda çempionatımız bərpa olundu. Mövsümün ilk yarısında 13 tur oynadıq. Hətta yoluxma sayına görə çempionatın yenidən dayandırılması təhlükəsi var idi. Sevinirik ki, çətinliklərə baxmayaraq, klublar təcrid olundu və hamı sağaldı. Bundan sonra oyunlarımıza davam etdik. Bu, çox önəmli idi. Onsuz da çempionatda cəmi 28 oyun keçiririk. Kuboku da nəzərə alsaq, futbolçu üçün maksimum 33 qarşılaşma olur. Bu, oyunçunun fərdi inkişafı üçün çox azdır. Ona görədə matçların təxirə salınmasına qəti şəkildə qarşıyam. Hesab edirəm ki, bu, futbolçuların inkişafına zərbə vurur. Ümumi götürsək, komandanın çıxışını yaxşı qiymətləndirirəm. Turnir cədvəlində 3-cü sıradayıq. 4, 5 və 6-cı yerdəki komandalarla xal fərqimiz var. Amma elə də böyük deyil. Nəzərə alaq ki, qarşıda hələ 15 tur var. Yeni qurulan komandayıq. Çoxlu transferimiz oldu. Bu futbolçular ilk dəfədir bir yerdə oynayır. Buna baxmayaraq, bir-birimizə çox tez uyğunlaşdıq. Razıyam, daha da yaxşı ola bilərik. Komandamızın daha yaxşı səviyyəyə gəlməsi üçün çalışacağıq.
  • Premyer Liqanın 13-cü turunda “Qarabağ”a 2:3 hesabı ilə uduzduğunuz oyundan sonra mətbuat konfransında heyəti gücləndirmək üçün 2-3 futbolçu transfer etmək istədiyinizi bildirdiniz. Hazırda danışıqlar nə yerdədir, anlaşdığınız yeni oyunçular varmı? Eyni zamanda, komandadan başqa futbolçuların ayrılmağı gözlənilirmi?
  • Ümumiyyətlə, yayda belə, transfer işlərini tamamlamamışdıq. Mənim legionerlərlə bağlı bir prinsipim var. Yaxşı oyunçudursa, transfer edim. Səviyyəsi sual altındadırsa, say doldurmaq naminə kimisə komandaya götürmək istəmirəm. Onsuz da bizdə bir oyunçu transferi var idi. Qış fasiləsinədək Kaio Rangel da Silva və Rəşad Eyyubovla yollarımızı ayırdıq. Bu səbəbdən hazırda bizə mütləq şəkildə 2-3 transfer lazımdır. Bundan sonra kiminsə komandadan göndərilməsi planımda yoxdur. Bəlkə kimsə yenidən ayrılmaq istəsin. Bu, xüsusilə daha çox oynamaq istəyən futbolçulara aiddir. Özüm futbolun içində olmuşam. Kimsə bu fikirlə yanıma gələ bilər və biz yenidən ayrılıq məsləsinə qayıdarıq. Komandanın maraqlarına uyğun fərqli qərarlar qəbul edə bilərik. Bu günlərdə Yurgen Kloppun bir açıqlaması qarşıma çıxdı. Deyib ki, biz getmək istəyən futbolçunu komandada məcbur saxlaya bilmərik. Mən özüm də məsələyə bu cür yanaşıram. Futbolçunu zorla saxlamaq komandaya zərərdən başqa bir şey verməz. Ona görə əminlikdə danışa bilmirəm. Mən tərəfdən mövzu bağlıdır. Hazırda daha çox gələcək futbolçuları düşünürük. Danışıq apardığımız, təklif göndərdiyimiz, izlədiyimiz legionerlər var. Ən azı 2 və ya 3 əcnəbi oyunçu transfer etməyi düşünürük.
  • Gündəminizdə yerli futbolçular da var?
  • Yerli bazarda vəziyyət çox çətindir. Məsələn, bu gün elə futbolçular var ki, rəhbərliyim altında oynamasını istəyərəm. Amma qışda transfer etmək çətindir. Çünki sənin istədiyin futbolçu klubuna da lazımdır və heç kim onu havayı buraxmayacaq. Bizim büdcəmiz də ona imkan vermir ki, hansısa oyunçuya böyük vəsait ödəyək. Onların müqaviləsinin başa çatmasını gözləməyə məcburuq. Komandamızdakı yerli futbolçular məni qane edir. Hazırda bu mənada ehtiyac olduğunu da düşünmürəm. Amma bəzi mövqelərə legioner alınmalıdır. İstədiyim səviyyədə oyunçu olsa, götürəcəyik. Olmasa, transfer etməyəcəyik.
  • Sizə görə Azərbaycanda ilin komandası və oyunçusu hansıdır?
  • Aydın məsələdir ki, hamımız “Qarabağ”a səs verməliyik. Çünki həm çempion olublar, həm də Avropa Liqasının qrupunda oynayıblar. Bu uğuru başqa komanda əldə etsəydi, onu fərqləndirəcəkdik. Futbolçuya gəldikdə, şəxsi fikrimdir ki, bu ada Şahruddin Məhəmmədliyev layiqdir. Həm millidə, həm də “Qarabağ”da çətin rəqabətdən əsas heyət üzvünə çevrildi. Bundan əlavə, meydanda aparıcı qüvvə oldu və həlledici məqamlarda komandasını xilas etdi. Ümumiyyətlə, çox xarakterli oyunçudur. Rəqibi kim olur-olsun, hər zaman özünü birinci görür. Bunun hesabına həm millidə, həm də klubunda əsas qapıçıdır.
  • Milli komandadan söz düşmüşkən, DÇ-2022-nin seçmə mərhələsindəki şanslarımız barədə nə deyə bilərsiniz?
  • Püşkü düzgün qiymətləndirmək lazımdır. Qrupumuza düşən rəqiblərdən hər biri bizdən güclüdür. Buna görə istənilən püşk bizə vahiməli görünə bilər. Amma real yanaşsaq, Portuqaliyadan başqa, digər yığmalar bizə uyğun rəqiblərdir. Məsələn, 2-ci səbətdən seçim imkanım olsaydı, Serbiyanın adını çəkərdim. Yaxud 3-cü səbətdən İrlandiyanı, 4-dən Lüksemburqu seçərdim. Bəli, ilk baxışda bizdən güclü görünə bilərlər. Daha iddialı komandalarla da düşə bilərdik. Həm Serbiya, həm də İrlandiyaya qarşı inamlı mübarizə aparmaq, səfərdə xal almaq, hətta evdə qalib gəlmək də olar. Əvvəlki matçlar da bunu göstərib. Lüksemburqa gəlincə, özümüz də şahidi olduq ki, bu rəqiblə oynaya və yaxşı nəticə əldə edə bilərik. Qarşıya qrupda hansı yeri tutmaq məqsədi qoyulub, bu, artıq mənim səlahiyyətlərimi aşan məsələdir. İmkan daxilində irəliləmək, yaxşı yer üçün mübarizə aparmaq olar. Əsas odur ki, baş məşqçi həm futbolçulara, həm özünə inanır. Albaniya millisinin sükanı arxasında Portuqaliya və Serbiya ilə qarşılaşıb. Pozitiv düşünürəm. İnanıram ki, qrupda inamlı çıxış edəcəklər.
  • 2020-ci ili özünüz üçün necə qiymətləndirirsiniz?
  • 2020 həyatımızın ən möhtəşəm, yaddaqalan ili olacaq. İllərdir xəyal qurduğumuz, arzuladığımız Qarabağa qovuşduq. Müharibədə qalib gəldik, işğal altındakı əraziləri azad etdik. Yəqin ki, ömrümün sonunadək həyatımda belə il olmayacaq. Düzdür, ilin əvvəlində pandemiya ilə bağlı çətin dövr yaşadıq. Amma sonu möhtəşəm oldu. İnanıram ki, qarşıdakı ildə də futbolumuzla tairx yazacaq, böyük zəfərlər əldə edəcək, yaddaşlarda da elə qalacağıq.
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-01-15 19:31

Millimizin sabiq futbolçusu “Hapoel”də

Dünya futbolu2021-01-15 19:00

Ueyn Runi baş məşqçi təyin olundu

Ölkə futbolu2021-01-15 18:22

“Neftçi”ylə “Keşlə”nin əvəzediciləri heç-heçəyə razılaşdı

Dünya futbolu2021-01-15 17:58

Premyer Liqada ötən ayın ən yaxşı futbolçusu

Digər2021-01-15 17:34

Ağdamın Qasımlı kəndi – VİDEO

Digər2021-01-15 17:15

Azərbaycanda koronavirusa 349 yeni yoluxma

Dünya futbolu2021-01-15 16:52

Türkiyə Kubokunda 1/4 finalın püşkü atıldı

Ölkə kuboku2021-01-15 16:33

Azərbaycan Kubokunda 1/8 finalın oyun cədvəli açıqlandı

Müsahibə2021-01-15 16:19

“Ən yaxşı hədiyyə insanların göstərdiyi diqqətdir” – Şakir Qəribov

Dünya futbolu2021-01-15 16:00

Poçettino PSJ-də nə qədər qazanacaq?

Ölkə futbolu2021-01-15 15:37

“Sumqayıt” – “Qəbələ” matçında heç-heçə – VİDEO

Dünya futbolu2021-01-15 15:18

Belçika millisində tarixin ən yaxşı futbolçusu

Ölkə futbolu2021-01-15 14:54

ÇSKA Kramarenkonu istəyir

Dünya futbolu2021-01-15 14:34

Berluskoni xəstəxanaya yerləşdirildi

Ölkə futbolu2021-01-15 14:05

“Sabah”da daha bir ayrılıq

Milli komanda2021-01-15 13:52

Operativ Qərargah AFFA-nın müraciətinə müsbət cavab verdi

Ölkə futbolu2021-01-15 13:31

“Sumqayıt” növbəti transferini açıqladı

Digər2021-01-15 13:21

Cəbrayılın Böyük Mərcanlı kəndi – VİDEO

Ölkə futbolu2021-01-15 13:00

“Universal futbolçu axtarırıq” – Aftandil Hacıyev

Dünya futbolu2021-01-15 12:46

“Bu, uğursuzluq deyil” – Zidan

Ölkə futbolu2021-01-14 23:54

“Sabah”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Ölkə futbolu2021-01-14 22:47

“Neftçi” – “Keşlə” oyununda 7 qol – VİDEO

Ölkə futbolu2021-01-14 20:17

Samir Abasov: “Bu gün sevindirici məqamlar daha çox idi” – VİDEO

Ölkə futbolu2021-01-14 13:45

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-01-13 15:46

Hazırlığın 10-cu günü “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-01-12 17:01

“Neftçi”nin legioneri toplanışı dəyərləndirdi – VİDEO

Ölkə futbolu2021-01-11 01:25

“Sumqayıt” – “Zirə” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-01-10 19:40

“Neftçi” “Kəpəz”i məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-01-10 19:34

Samir Abasov: “Həm razı, həm də narazı salan məqamlar oldu”

Ölkə futbolu2021-01-10 13:18

“Neftçi”də “Sağlamlıq durumu” açıqlandı – VİDEO

Ölkə futbolu2021-01-09 18:47

“Çempion olmaq istəyirik” – VİDEO

Ölkə futbolu2021-01-07 22:29

“Günün 20 saatını hücumçu məsələsinə həsr edirik” – VİDEO

Ölkə futbolu2021-01-07 20:37

“Keçmişə baxmıram, yalnız gələcək haqda düşünürəm” – VİDEO

Ölkə futbolu2021-01-07 17:21

Aqil Məmmədovla “Piramida” – VİDEO

Ölkə futbolu2021-01-07 16:22

“Futbolçuların gəlməsi ilə bağlı heç bir problem yoxdur” – VİDEO

Ölkə futbolu2021-01-07 12:00

“Ailəmin yanında olmağım çox yaxşı oldu” – VİDEO

Ölkə futbolu2021-01-05 20:27

Aqil Məmmədov: “Çalışırıq ki, növbəti oyunlara tam hazır olaq”

Ölkə futbolu2021-01-05 19:40

“Hazırlıqda bəzi dəyişikliklər etmək istəyirəm” – Etibar Tarıverdiyev

Ölkə futbolu2021-01-04 21:09

Aqil Məmmədovla “Piramida”

Ölkə futbolu2021-01-04 19:03

Samir Abasovun “Neftçi TV”yə açıqlaması – VİDEO

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?