Rəşad Sadıqov AFFA-nın 23 yaşlılardan ibarət milli komanda yaratmaq ideyasını bəyənmir. “Qarabağ”ın kapitanı dünən “CBC Sport”da qonaq olarkən, bu barədə fikirlərini açıq şəkildə dedi.

Futbolinfo.az xəbər verir ki, millimizin sabiq lideri bunu oyunçu azlığı ilə əlaqələndirdi. O, Premyer Liqada cəmi 8 komandanın mübarizə apardığını, onlarda da məhdud sayda yerli oyunçunun çıxış etdiyini dilə gətirdi. Həmin futbolçuların yarısının əsas milliyə dəvət aldığını nəzərə alsaq, 23 yaşadək milli üçün heç kifayət qədər namizəd də yoxdu.

Sadıqov bundansa 20, 18, 16 yaşlılardan ibarət millilərin yaradılmasının vacibliyini vurğuladı. O, fikrini nəsildəyişmə prosesinin uğurlu aparılmasının vacibliyi ilə izah etdi. Milli komandalar arasında 2 yaş fərqi olduğundan, bir komandadan digərinə yüksəlmək üçün oyunçuların azı 1-2 il kənarda qaldığını və it-bata düşdüyünü, inkişaf etmədiyini əsaslandırdı.

Xatırladaq ki, U-23 millisinin yaradılması ideyası AFFA-nın yeni vitse-prezidenti Vaqif Sadıqova məxsusdu. O, mənasız təklifini İcraiyyə Komitəsində təsdiqlətdirib, perspektivi olmayan daha bir eksperimentlə AFFA-nın vəsaitini havaya sovurmaqda israrlıdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp