Alper Potuk “Qarabağ” forması geyməyəcək. Ən azı yaya kimi belə olacağı dəqiqdi.

Futbolinfo.az xəbər verir ki, keçidin alınmamasının səbəbi maliyyə problemləri olub. Söhbət heç də “Qarabağ”ın tələb olunan pulu ödəməməsindən və ya yarımmüdafiəçinin yüksək maaş istəməsindən getmir. Düyün Alperlə “Fənərbaxça” arasındakı problemə görə düşüb. Ağdamlılar həm Potukla, həm də müqavilə ilə bağlı olduğu klubla bütün məsələlərdə razılığa gəlibmiş. “Fənərbaxça” futbolçunu yaya kimi çempionumuza icarəyə verməyə, eləcə də maaşının böyük hissəsini ödəməyə razı imiş. Son anda Türkiyə klubunun 27 yaşlı oyunçuya olan borcunu ödəmək istəməməsi problem yaradıb. Belədə müqaviləylə alacağı pulu itirəcəyindən ehtiyat edən Alper “Fənərbaxça”da qalmağa qərar verib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp