PSJ Fransa Liqa 1-in 23-cü turunda “Nant”la qarşılaşacaq.

Futbolinfo.az xəbər verir ki, Paris təmsilçisi sözügedən səfər matçında Neymarın köməyindən istifadə edə bilməyəcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ötən turun “Monpelye” ilə matçında (5:0) zədə alan braziliyalı hücumçu “Nant”la oyunun iştirak ərizəsinə daxil edilməyib.

Bu gün keçiriləcək “Nant” – PSJ matçına saat 00:05-də start veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp