İspaniyanın “Atletiko” klubu daha bir itki ilə üzləşib.

Futbolinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid klubunun hücumçusu Alvaro Morata zədələnib. Futbolçunun sağ ayaq əzələsində problem olduğu bildirilir.

Moratanın La Liqada “Qranada” və “Valensiya” ilə, eyni zamanda Çempionlar Liqasının 1/8 final mərhələsində “Liverpul”la oyunları buraxacğı gözlənilir.

Bir müddət əvvəl “Atletiko”nun digər futbolçusu Joao Feliks sıradan çıxmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp