Bu gün Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında növbəti yoxlama oyunu keçirilib. Region Liqasına hazırlaşan “Alyans” FK “Qarabağ-2” ilə üz-üzə gəlib. I divizionda mübarizə aparan ağdamlılar təqvim üzündən qışdan sonrakı ilk turu buraxdığından cənublularla sınaq matçını lazım bilib. Amma onlar region təmsilçisi ilə görüşdə məğlubiyyətdən qaça bilməyiblər. 2:1 hesabıyla üstün olan “Alyans” çempionata hazır olduğunu həm də yaxşı oyunu ilə isbatlayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp