Futbol üzrə Türkiyə kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub.

Super Liqada uğurlu mövsüm keçirən “Sivasspor” səfərdə qarşılaşdığı “Antalyaspor”la ilk oyundan heç-heçə ilə ayrılıb.

1/4 final mərhələsinin cavab qarşılaşmaları fevralın 11-13-ü aralığında keçiriləcək.

Türkiyə kuboku
1/4 finalın ilk oyunları
4 fevral

Trabzonspor – Ərzurumspor 5:0
Qol: Sorlot, 16; 66. Y.Acer, 26-öz qapısına. Nvakaeme, 43. M.Acil, 60-öz qapısına.

5 fevral

Kırklarılesipor – Fənərbaxça 0:3
Qol: M.Erdinc, 43. M.Ekici, 52. İ.Surqulu, 57-öz qapısına.

Alanyaspor – Qalatasaray 2:0
Qol: Bakasetas, 20. J.Fernandes, 55.

6 fevral

Antalyaspor – Sivasspor 0:0

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp