“İnanıram ki, “Neftçi”nin qapıçısı Aqil Məmmədov yaxşıdır. Hazırda ən vacib məsələ budur. “Neftçi”nin ilk hücumunda qol buraxdıq. Rəqib bizdən daha yaxşı oyun sərgilədi. Qarşılaşmadakı ikinci qol həlledici oldu. 0:10 hesabı ilə məğlub ola bilərdik. İkinci qolu buraxmamalıydıq. Onların sürətli və keyfiyyətli futbolçuları var”.

Futbolinfo.az xəbər verir ki, bu fikirləri “Sabah”ın baş məşqçisi Jelko Sopiç Premyer Liqanın XX turunda “Neftçi”yə 0:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis bildirib ki, futbolda belə hesablar olur: “Ötən tur “Qarabağ”la qolsuz heç-heçə etdik. Bu gün 5:2 və başqa cür də ola bilərdi. Rəqib ilk hücumda qol vurursa, sona qədər açıq futbol sərgiləmək lazımdır”.

Xorvatiyalı məşqçi deyib ki, futbolçulara baxanda yaxşı heyətə sahibdirlər: “Oyunda bütün məsuliyyət mənimdir. Hansısa futbolçu hazırlığa bir gün tez və ya bir gün gec qatılır. Bu gün “Neftçi” qalib gəldi. Ola bilər ki, növbəti görüşlərdə sevinən tərəf biz olaq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp