UEFA aprelin 1-də quruma üzv olan 55 milli assosiasiyanın rəhbərləri ilə videokonfrans keçirəcək.
Futbolinfo.az xəbər verir ki, qitə futbol qurumunun rəsmi saytı xəbər yayıb.
Bildirilib ki, onlayn iclasın əsas mövzusu milli çempionatlarda oyunların yenidən təxirə salınması məsələsi olacaq.
Qeyd edək ki, hazırda Avropada Belarusdan başqa, bütün ölkələrdə liqalar dayandırılıb.