“Neftçi”nin hücumçusu Baqali Dabonun karyerasını Kiprdə davam etdirəcəyi dəqiqləşib.
Futbolinfo.az bu ölkənin goal.com.cy saytına istinadən xəbər verir ki, fransalı futbolçu “Apollon”la 1+1 illik ilkin müqavilə imzalayıb.
Müqavənin nə vaxt hüquqi qüvvəyə minəcəyi haqda məlumat verilməyib.
Xatırladaq ki, Dabonun “Neftçi” ilə müqaviləsi bu ayın sonu başa çatır. Amma koronavirus pandemiyası səbəbindən tərəflərin sənədin müddətini bir ay artıracağı istisna deyil.