“Qəbələ” klubunun müqaviləsi başa çatan bir neçə futbolçu ilə bağlı qərarı bəlli olub.

Futbolinfo.az xəbər verir ki, bu barədə “Report”a əyalət təmsilçisinin baş meneceri Zaur Əzizov məlumat verib.

Klub rəsmisi bütün yerli futbolçuların komandada qalacağını açıqlayıb. Müqavilələri başa çatan Anar Nəzirov, Sadiq Quliyev, Rasim Ramaldanov, Asif Məmmədovla yeni mövsüm üçün razılığın əldə edildiyini deyən klub rəsmisi digər legionerlərlə danışıqların davam etdiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, “Qəbələ”nin heyətində Amin Seydiyev, İdris İnqilablı və Samir Məhərrəmli “Sabah”a, Klesio Bauk isə “Zirə”yə keçib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp