Connect with us

Müsahibə

“İlk dəfə planşetlə oyun izləyib, tapşırıqlar verirdim” – Aftandil Hacıyev

-də paylaşıldı

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev klubun mətbuat xidmətinin suallarını cavablandırıb.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

  • COVID-19-a yoluxduğunuzu göstərən ilk əlamətlər nələr idi? Sağalma prosesi necə keçdi?
  • Öncədən koronavirusun bu qədər ciddi olduğunu təsəvvür etmirdim. İlk olaraq, başımda və kürək nahiyəmdə ağrılar hiss edirdim. Hansı ki, indiyədək belə ağrılar keçirməmişdim. Qrip deyildim, öskürmürdüm, sadəcə taqətdən salan ümumi halsızlıq var idi. Həkimlərin nəzarəti ilə evdə müalicə almağa başladım. Sağaldıqdan sonra bədən güc itirdiyinə görə ilk həftədə ehtiyatlı olmağı tövsiyə etdilər.
  • Məşqlərdən və oyunlardan kənar qalmaq hansı təəssüratlar yaratdı?
  • Həm futbolçu, həm məşqçi kimi uzun müddətdir bu işlə məşğulam. Futbol bizim peşəmizdir. Ən sevdiyimiz məşğuliyyət olduğuna görə uzaq qalanda darıxmamaq mümkün deyil. İşimdən kənar qalmışdım deyə sıxılırdım. Amma sağlığıma görə dözməyə məcbur idim. Hamıya sağlamlığını qorumağı tövsiyə edirəm.
  • İki oyunda texniki zonada olmadınız. Matçlarda virtual iştirak etmək necə idi?
  • İlk dəfədir virtual olaraq, məşq və oyunlarda iştirak edirdim. Əvvəlcə qeyd edim ki, köməkçilərimə güvənirəm. Bilirdim ki, komandanın oyunlara məsuliyyətlə yanaşmasına yardım edəcəklər. “Keşlə” – “Səbail” oyununda bunun şahidi olduq. Köməkçi məşqçilərə və futbolçulara təşəkkür edirəm. İlk dəfə idi, planşetlə oyun izləyib tapşırıqlar verirdim. “Qəbələ” ilə oyunda isə iki fərqli hissə izlədik. İkinci yarıda rəqib qapısında kifayət qədər qol epizodu yarada bildik. Sadəcə olaraq, sonluğu gətirə bilmədik. Son anlara qədər cəhd etsək də, rəqib layiqli qələbə qazandı.
  • “Səbail”in qış fasiləsindəki hazırlıq planı nədən ibarətdir?
  • Yanvarın 4-dən məşqlərə başladıq. Legionerlər isə yanvarın 8-dək ardıcıllıqla hazırlığa qoşulacaqlar. Bir həftəlik toplanışımız olacaq. Toplanışa qədər olan məşqlərimiz daha çox fiziki hazırlıq üzərində qurulub. Toplanış ərəfəsində isə həm fiziki, həm taktiki məşqlər olacaq. Hazırlıq prosesinin sonunda isə “Sabah”la yoldaşlıq oyunu baş tutacaq. Bu gündən etibarən, yanvarın 21-də keçiriləcək “Neftçi” ilə matçın hazırlığına start vermişik.
  • Qış fasiləsindəki dəyişiklikdən sonra komandada hansı mövqeni gücləndirmək istəyirsiniz?
  • Komandamızda yollarımızı ayırdığımız futbolçular var. Düşünürəm ki, heç bir futbolçu meydanda az oynamaq istəməz. Belə qərara gəldik ki, daha çox oynayacaqları komandaya getsələr, yaxşı olar. Gedənlərin yerinə isə ən azı üç futbolçu heyətimizə cəlb etməyi düşünürük. Say olsun deyə yox, rəqabəti sevən və şərtlərimizə uyğun futbolçu transfer edəcəyik. Bilirik ki, vaxt çox azdır. Əgər istədiyimiz alınmasa, hazırkı komanda ilə yolumuza davam edəcəyik. Hazırda bir müdafiəçi, bir yarımmüdafiəçi, bir hücumameyilli futbolçu axtarışındayıq.
  • Mövsümün 2-ci hissəsində komandanın məqsədi nə olacaq?
  • Məqsədimiz mübarizəmizi sona qədər davam etdirməkdir. İki klubu çıxmaq şərti ilə, geridə qalan 6 komanda da avrokuboklara vəsiqə üçün çıxış edir. Hər kəs kimi biz də mübarizəmizə davam edəcəyik. Mayda yüksək pillədə yer alaraq, istədiyimiz nəticəni qazanmaq istəyirik.
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-01-15 19:31

Millimizin sabiq futbolçusu “Hapoel”də

Dünya futbolu2021-01-15 19:00

Ueyn Runi baş məşqçi təyin olundu

Ölkə futbolu2021-01-15 18:22

“Neftçi”ylə “Keşlə”nin əvəzediciləri heç-heçəyə razılaşdı

Dünya futbolu2021-01-15 17:58

Premyer Liqada ötən ayın ən yaxşı futbolçusu

Digər2021-01-15 17:34

Ağdamın Qasımlı kəndi – VİDEO

Digər2021-01-15 17:15

Azərbaycanda koronavirusa 349 yeni yoluxma

Dünya futbolu2021-01-15 16:52

Türkiyə Kubokunda 1/4 finalın püşkü atıldı

Ölkə kuboku2021-01-15 16:33

Azərbaycan Kubokunda 1/8 finalın oyun cədvəli açıqlandı

Müsahibə2021-01-15 16:19

“Ən yaxşı hədiyyə insanların göstərdiyi diqqətdir” – Şakir Qəribov

Dünya futbolu2021-01-15 16:00

Poçettino PSJ-də nə qədər qazanacaq?

Ölkə futbolu2021-01-15 15:37

“Sumqayıt” – “Qəbələ” matçında heç-heçə – VİDEO

Dünya futbolu2021-01-15 15:18

Belçika millisində tarixin ən yaxşı futbolçusu

Ölkə futbolu2021-01-15 14:54

ÇSKA Kramarenkonu istəyir

Dünya futbolu2021-01-15 14:34

Berluskoni xəstəxanaya yerləşdirildi

Ölkə futbolu2021-01-15 14:05

“Sabah”da daha bir ayrılıq

Milli komanda2021-01-15 13:52

Operativ Qərargah AFFA-nın müraciətinə müsbət cavab verdi

Ölkə futbolu2021-01-15 13:31

“Sumqayıt” növbəti transferini açıqladı

Digər2021-01-15 13:21

Cəbrayılın Böyük Mərcanlı kəndi – VİDEO

Ölkə futbolu2021-01-15 13:00

“Universal futbolçu axtarırıq” – Aftandil Hacıyev

Dünya futbolu2021-01-15 12:46

“Bu, uğursuzluq deyil” – Zidan

Ölkə futbolu2021-01-14 23:54

“Sabah”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Ölkə futbolu2021-01-14 22:47

“Neftçi” – “Keşlə” oyununda 7 qol – VİDEO

Ölkə futbolu2021-01-14 20:17

Samir Abasov: “Bu gün sevindirici məqamlar daha çox idi” – VİDEO

Ölkə futbolu2021-01-14 13:45

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-01-13 15:46

Hazırlığın 10-cu günü “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-01-12 17:01

“Neftçi”nin legioneri toplanışı dəyərləndirdi – VİDEO

Ölkə futbolu2021-01-11 01:25

“Sumqayıt” – “Zirə” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-01-10 19:40

“Neftçi” “Kəpəz”i məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-01-10 19:34

Samir Abasov: “Həm razı, həm də narazı salan məqamlar oldu”

Ölkə futbolu2021-01-10 13:18

“Neftçi”də “Sağlamlıq durumu” açıqlandı – VİDEO

Ölkə futbolu2021-01-09 18:47

“Çempion olmaq istəyirik” – VİDEO

Ölkə futbolu2021-01-07 22:29

“Günün 20 saatını hücumçu məsələsinə həsr edirik” – VİDEO

Ölkə futbolu2021-01-07 20:37

“Keçmişə baxmıram, yalnız gələcək haqda düşünürəm” – VİDEO

Ölkə futbolu2021-01-07 17:21

Aqil Məmmədovla “Piramida” – VİDEO

Ölkə futbolu2021-01-07 16:22

“Futbolçuların gəlməsi ilə bağlı heç bir problem yoxdur” – VİDEO

Ölkə futbolu2021-01-07 12:00

“Ailəmin yanında olmağım çox yaxşı oldu” – VİDEO

Ölkə futbolu2021-01-05 20:27

Aqil Məmmədov: “Çalışırıq ki, növbəti oyunlara tam hazır olaq”

Ölkə futbolu2021-01-05 19:40

“Hazırlıqda bəzi dəyişikliklər etmək istəyirəm” – Etibar Tarıverdiyev

Ölkə futbolu2021-01-04 21:09

Aqil Məmmədovla “Piramida”

Ölkə futbolu2021-01-04 19:03

Samir Abasovun “Neftçi TV”yə açıqlaması – VİDEO

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?