Connect with us

Ölkə futbolu

“Keşlə”də özbaşınalıq: Meza Kolli Klotsu qovdurdu, qardaşını gətirdi

-də paylaşıldı

“Keşlə”nin yeni idman direktoru Ceyhun Sultanov çoxdan işə başlasa da, təyinatı rəsmən açıqlanmayıb. Uyğun zamanı gözləyən klub rəhbərliyi bu şəxs ətrafındakı söz-söhbətin səngiməsi üçün səbr edir. “Neftçi”dəki uğursuz işinə görə qovulan sabiq futbolçunun, buna baxmayaraq, tezliklə başqa paytaxt klubunda fəaliyyətə başlaması heç də yaxşı qarşılanmır. Onun SOCAR-dan maliyyələşən bir klubdan digərinə yollanmasını yuxarı dairələrdə narazı qalanlara həzm etdirmək üçün zaman lazımdı.

 

Buna baxmayaraq, Sultanov işinin başındadı. Və fəaliyyəti də elə proqnozlaşdırdığımız kimidi – sıradan oyunçuları heyətə doldurub, yayda növbəti bazarlığa zəmin hazırlayır.

 

Anatole Abanq və Nicat Qurbanovu heyətə qatan “Keşlə” Sadio Tounkaranın keçidini də tezliklə açıqlayacaq. Hazırda düşərgədə olan malili yarımmüdafiəçinin transfer vərəqi gəldikdən sonra rəsmi açıqlama yayılacaq.

 

Dünənki məşqlərdə əcnəbilərdən Stanislav Namaşko, Miyusko Boyoviç və Anatole Abanq iştirak edib. Digər əcnəbilər icazəlidi və ən geci sabaha kimi hamı düşərgədə olmalıdı. Lakin onlardan birini Bakıda bir daha görməyəcəyik. “Keşlə”nin özünə klub tapmasını istədiyi 3 əcnəbidən biri ilə yolların ayrılacağı dəqiqləşib. Silvio Rodriges və Con Kamaraya yiyə duran tapılmayıb, lakin 3-cü dövrənin startınadək onların yola salınıb başqaları ilə əvəzlənməsi gündəmdədi.

 

Dmitro Klotsun adının Peşəkar Futbol Liqasında “Keşlə”nin iştirak ərizəsindən çıxarılması isə təsadüfi deyil. Bakılılar – təxmin etdiyimiz kimi – bu oyunçu ilə müqaviləni qarşılıqlı razılıqla pozub. Beləcə mövsümün startından bu yana göndərilən futbolçuların sayı 6-ya (Alvaro Tavares, Artur Batista, Aleksandr Kristavao, Cavid İmamverdiyev, Şahrux Qadoyev, Dmitro Klots) çatıb. Belə transfer siyasətinin nəyə xidmət etdiyini isə 5 milyon manatlıq büdcəni il bitənə kimi əritmək qərarına gələn “Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov hamıdan yaxşı bilir.

 

Ən maraqlısı “Keşlə”nin Klotsu digər əcnəbisinin istəyi ilə qovmasıdı. Paraqvaylı Sezar Meza Kollinin hörməti klubda Sultanovdan da, baş məqşiçi Yunis Hüseynovdan da yüksəkdi. Məhz o, qardaşı Derlisin yanına gətirilməsini tələb edib. Belədə dayaq yarımmüdafiəçilərindən biri yola salınmalıydı və seçim ilk olaraq Kamaranın yox, məhz Klotsun əleyhinə edilib.

 

Sezarın istəyi də yerinə yetirilib. Dünən Bakıya dönən legioner qardaşını özüylə gətirib. Beləcə “Futbolinfo”nun daha bir xəbəri doğrulub. Hələ dekabrda “Keşlə”nin 33 yaşlı yarımmüdafiəçini sıralarına qatacağını yazmışdıq. 13 illik peşəkar karyerası ərzində 13 klub dəyişən Derlis beləcə ikinci dəfə “Keşlə”də oynayacaq.

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Ölkə futbolu2021-01-19 17:40

“Qarabağ”dan Nurlan İbrahimovun istefasına münasibət

Ölkə futbolu2021-01-19 17:20

Azərbaycanda bütün matçlar Dövlət Himni ilə başlayacaq

Dünya futbolu2021-01-19 17:00

“Benfika”da koronavirus şoku – 17 yoluxma

Ölkə futbolu2021-01-19 16:45

Nurlan İbrahimov “Qarabağ”dan ayrıldı

Milli komanda2021-01-19 16:30

Millimizin baş məşqçisi koronavirusdan sağaldı, Bakıya gəlir

Dünya futbolu2021-01-19 16:16

Millimizin futbolçusu bəraət aldı

Dünya futbolu2021-01-19 16:00

Mandzukiç rəsmən “Milan”da!

Ölkə futbolu2021-01-19 15:43

“Zirə” yeni transferini rəsmən açıqladı

Dünya futbolu2021-01-19 15:20

“Bavariya”nın futbolçusu “Real”la razılığa gəldi

Dünya futbolu2021-01-19 15:00

İtaliya klubunda yeni baş məşqçi

Dünya futbolu2021-01-19 14:40

Kramarenko ÇSKA-ya keçidindən danışdı

Dünya futbolu2021-01-19 14:20

“Lill”in türk hücumçusu sıradan çıxdı

Ölkə futbolu2021-01-19 14:00

“Bakıda da hörmətim var” – “Neftçi”nin legioneri

Digər2021-01-19 13:41

Füzulinin Şəkərcik kəndi – VİDEO

Ölkə futbolu2021-01-19 13:20

AFFA-da Mahal Məmmədovla görüş keçirildi

Ölkə futbolu2021-01-19 13:00

UEFA-dan “Qarabağ” üçün bonus vəsait

Milli komanda2021-01-19 12:45

De Byazidən Polşa iddialarına cavab

Dünya futbolu2021-01-19 12:30

“Roma”nın futbolçusu koronavirusa yoluxdu

Müsahibə2021-01-19 12:16

“Bu dəfə onlara nəyə qadir olduğumuzu göstərəcəyik”

Milli komanda2021-01-19 12:00

De Byazi Polşa millisində?

Ölkə futbolu2021-01-17 13:36

“Neftçi” PFK-nın bədən testi – VİDEO

Ölkə futbolu2021-01-14 23:54

“Sabah”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Ölkə futbolu2021-01-14 22:47

“Neftçi” – “Keşlə” oyununda 7 qol – VİDEO

Ölkə futbolu2021-01-14 20:17

Samir Abasov: “Bu gün sevindirici məqamlar daha çox idi” – VİDEO

Ölkə futbolu2021-01-14 13:45

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-01-13 15:46

Hazırlığın 10-cu günü “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-01-12 17:01

“Neftçi”nin legioneri toplanışı dəyərləndirdi – VİDEO

Ölkə futbolu2021-01-11 01:25

“Sumqayıt” – “Zirə” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-01-10 19:40

“Neftçi” “Kəpəz”i məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-01-10 19:34

Samir Abasov: “Həm razı, həm də narazı salan məqamlar oldu”

Ölkə futbolu2021-01-10 13:18

“Neftçi”də “Sağlamlıq durumu” açıqlandı – VİDEO

Ölkə futbolu2021-01-09 18:47

“Çempion olmaq istəyirik” – VİDEO

Ölkə futbolu2021-01-07 22:29

“Günün 20 saatını hücumçu məsələsinə həsr edirik” – VİDEO

Ölkə futbolu2021-01-07 20:37

“Keçmişə baxmıram, yalnız gələcək haqda düşünürəm” – VİDEO

Ölkə futbolu2021-01-07 17:21

Aqil Məmmədovla “Piramida” – VİDEO

Ölkə futbolu2021-01-07 16:22

“Futbolçuların gəlməsi ilə bağlı heç bir problem yoxdur” – VİDEO

Ölkə futbolu2021-01-07 12:00

“Ailəmin yanında olmağım çox yaxşı oldu” – VİDEO

Ölkə futbolu2021-01-05 20:27

Aqil Məmmədov: “Çalışırıq ki, növbəti oyunlara tam hazır olaq”

Ölkə futbolu2021-01-05 19:40

“Hazırlıqda bəzi dəyişikliklər etmək istəyirəm” – Etibar Tarıverdiyev

Ölkə futbolu2021-01-04 21:09

Aqil Məmmədovla “Piramida”

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?