Dünya futbolu
İtaliya klubunda yeni hücumçu

İtaliyanın “Sampdoriya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi “Breşiya”nın hücumçusu Ernesto Torreqrossanı transfer edib.
Bu barədə “Sampdoriya”nın rəsmi saytı məlumat yayıb. 28 yaşlı forvardla 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.
“Verona”nın yetirməsi olan Torreqrossa 2018-ci ildən “Breşiya”nın uğurları üçün çalışırdı. İtalyan forvard karyerası ərzində “Krotone”, “Monza”, “Trapani”, “Lumezzane” kimi klublarda da forma geyinib.
- Premyer-liqa16 saat əvvəl
“Qarabağ”dan darmadağın, “Səbail”lə “Keşlə”dən heç-heçə
- Premyer-liqa24 saat əvvəl
Premyer Liqada 19-cu turun oyun cədvəli açıqlandı
- I Divizion23 saat əvvəl
Birinci Divizionda 16-cı turun oyun cədvəli bilindi
- Digər21 saat əvvəl
Azərbaycanda koronavirusa yeni yoluxanların sayı 350-ni keçdi