Milli komanda
Rusiya klubu millimizin futbolçuları ilə müqaviləni yenilədi

Qadınlardan ibarət Rusiya Super Liqasında iştirak edən “Yenisey” klubu Azərbaycan millisinin futbolçuları Diana Məmmədova və Alina Dorofoyeva ilə müqavilənin müddətini uzadıb.
Futbolinfo.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, onların sözləşmələri müvafiq olaraq 1 və 2 müddətinə yenilənib.
Qeyd edək ki, daha əvvəl “Zenit” yığmanın digər üzvü Jalə Məhsimova ilə bir illik yeni müqavilə imzalayıb.

