Connect with us

Ölkə futbolu

“Gerye “İnstaqram” krallarından biridir” – Qurban Qurbanov

-də paylaşıldı

“Hazırlıq plan üzrə gedir. Amma hələ oyunumuzda istənilən dinamika yoxdur. Oyun təcrübəsizliyi, futbolçuların fərqli formada olduğu hiss olunur. Bununla belə, işimiz pis getmir. Çalışırıq ki, çatışmazlıqlarımızı nə iləsə kompensasiya edək”.

Futbolinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zirə” ilə keçirilən yoxlama matçından (3:3) sonra jurnalistlərə açıqlamasında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, yeni transferlərin olacağı çətin görünür: “Daim axtarışdayıq. Dəyişiklik etmək istəyirik. Amma görünən odur ki, hələ alınmır, sakitlikdir”.

Qurbanov cari mövsümdə çempionluq mübarizəsinin çətin keçəcəyini söyləyib: “İlk növbədə Samir Abasova uğurlar arzu edirəm. Onunla çoxdanın tanışı, dostuyuq. Milli komandada birlikdə oynamışıq. Futbolçu kimi necə əzmkarlığı var idisə, məşqçi kimi bunu komandasında göstərir. Ümumiyyətlə, “Neftçi”də hər zaman əzmkarlıq olub. Bu, elə komandanın adından irəli gəlir. Hər məşqçinin öz fəlsəfəsi, oyunçulara yanaşması var. Mütləq dəyişikliklər olacaq. Bizə gəlincə, hər rəqibə ciddi yanaşmağa, ondan üstün olmağa çalışmışıq. Dəfələrlə məğlubiyyətlərimiz,çətin qələbələrimiz olub”.

Qurbanov rəqiblərin “Qarabağ”la oyunlara daha ciddi hazırlaşdığını vurğulayıb: “Bu tək “Neftçi”yə yox, hər bir komandaya aiddir. Son vaxtlar məşqçilərimiz öz komandalarında intriqanı daha da çoxaldıblar. Daha aqressiv futbol görürük. İşimiz heç də asan deyil. Topa nəzarət etməyi xoşlayırıq, amma get-gedə bu çətinləşir. Rəqiblər bizi daha yaxşı tanıyır, analiz edir. Nəticədə işimiz çətinləşir.Bəzi qüsurları aradan qaldırmağa çalışacağıq”.

Təcrübəli mütəxəssis hələ də toplanışa qoşulmayan haitili yarımmüdafiəçi Donald Geryeyə cəza verilə biləcəyini itisna etməyib: “Ondan hər gün xəbər alırıq. İnstaqram krallarından biridir. Əlavə məlumata ehtiyac yoxdur. Elə bir dönəmdir ki, əminliklə kiminsə üzərinə getmək olmur. Ailə üzvlərində həqiqətən xəstəlik ola bilər. Onu başa düşürük. Məncə, belə hallarda oyunçu məşqləri buraxmaqla özü özünü cəzalandırır. Geryədə bu cür kaprizlər var. İlk dəfə deyil ki, onun belə hərəkətləri ilə qarşılaşırıq. Bizim oyunçumuzdur, cəzalandırmaq məsələsi öz aramızda qalır. Ümid edirəm ki, gəlib çıxar”.

Qurbanov bu gün “Zirə”nin heyətində “Qarabağ”a qarşı oynayan oğlu Musa Qurbanlının icarəyə verilməsinə də toxunub: “Musanı Rəşad Sadıqov bizdən istədi. Transfer bir anda alındı. Düşünürəm ki, özü üçün də maraqlı olacaq. Bu iş “Zirə”nin istəyilə alındı. Düşünürəm ki, futbolçular bəzən komandalarını dəyişəndə daha tez inkişaf edirlər. Fərqli mühit, fərqli yanaşma onun xeyrinə ola bilər. Qalan şeylər özündən asılı olacaq. Məndən daha yaxşı futbolçu olmasını istəyirəm. Öz üzərində daha çox çalışmalıdır. Onu özümlə müqayisə etmək üçün keçmiş oyunlarıma baxacağam”. (Report)

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Ölkə kuboku2021-01-25 16:57

“Bu rayona Premyer Liqa yaraşır”

Ölkə kuboku2021-01-25 16:53

“Qəbələ” 1/4 finalda, “Zirə” öndə – YENİLƏNİR

Ölkə futbolu2021-01-25 16:20

“Polşa klubunun təklifi gülməli idi” – Mahir Emreli

Dünya futbolu2021-01-25 16:12

“Çelsi” Lempardın göndərildiyini rəsmən açıqladı

Dünya futbolu2021-01-25 15:54

“Çelsi” Lempardı onunla əvəzləyir

Milli komanda2021-01-25 15:02

Yığma komandalarımızın test nəticələri açıqlandı

Müsahibə2021-01-25 14:38

“Bəhanə axtarmıram, amma bu komandanı mən qurmamışdım” – Yunis Hüseynov

Dünya futbolu2021-01-25 13:52

Sabiq dünya çempionu karyerasını bitirdi

Dünya futbolu2021-01-25 13:09

Levandovskidən 1 oyunda 3 rekord

Ölkə futbolu2021-01-25 12:46

“Qəbələ”də titul qazandımsa, “Keşlə”də bunu niyə etməyim?”

Ölkə futbolu2021-01-25 12:28

“Neftçi”nin liderliyi bizə motivasiya olmalıdır”

Dünya futbolu2021-01-25 12:00

İtaliya klubunda baş məşqçiylə yeni müqavilə

Dünya futbolu2021-01-25 11:41

“Hoffenhaym”dan “Anderlext”ə

Ölkə futbolu2021-01-25 11:28

“Keşlə”nin yeni baş məşqçisi bəlli oldu

Dünya futbolu2021-01-25 11:02

“Sevilya”nın hücumçusu “Real Sosyedad”da

Milli komanda2021-01-25 10:52

“Məqsədimiz final mərhələsinə yüksəlməkdir”

Dünya futbolu2021-01-25 09:52

“Napoli” tarixinin ən erkən qolu

Dünya futbolu2021-01-25 09:36

Bundesliqada yeni rekordçu

Dünya futbolu2021-01-25 09:15

Super Liqa klubu milli üzvü ilə gücləndi

Ölkə futbolu2021-01-25 09:00

Futbolçularin süni qiyamı – “ilmələr” tribunada atılmışdı

Ölkə kuboku2021-01-24 18:14

“Səbail” – “Zaqatala” matçında 5 qol – VİDEO

Premyer-liqa2021-01-21 23:18

“Zirə”dən “Qəbələ” üzərində inamlı qələbə – VİDEO

Premyer-liqa2021-01-21 19:27

Rəşad Sadıqov: “Qəbələ” öz oyununu sərgiləyir, futbolu eybəcərləşdirmir” – VİDEO

Ölkə futbolu2021-01-17 13:36

“Neftçi” PFK-nın bədən testi – VİDEO

Ölkə futbolu2021-01-14 23:54

“Sabah”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Ölkə futbolu2021-01-14 22:47

“Neftçi” – “Keşlə” oyununda 7 qol – VİDEO

Ölkə futbolu2021-01-14 20:17

Samir Abasov: “Bu gün sevindirici məqamlar daha çox idi” – VİDEO

Ölkə futbolu2021-01-14 13:45

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-01-13 15:46

Hazırlığın 10-cu günü “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-01-12 17:01

“Neftçi”nin legioneri toplanışı dəyərləndirdi – VİDEO

Ölkə futbolu2021-01-11 01:25

“Sumqayıt” – “Zirə” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-01-10 19:40

“Neftçi” “Kəpəz”i məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-01-10 19:34

Samir Abasov: “Həm razı, həm də narazı salan məqamlar oldu”

Ölkə futbolu2021-01-10 13:18

“Neftçi”də “Sağlamlıq durumu” açıqlandı – VİDEO

Ölkə futbolu2021-01-09 18:47

“Çempion olmaq istəyirik” – VİDEO

Ölkə futbolu2021-01-07 22:29

“Günün 20 saatını hücumçu məsələsinə həsr edirik” – VİDEO

Ölkə futbolu2021-01-07 20:37

“Keçmişə baxmıram, yalnız gələcək haqda düşünürəm” – VİDEO

Ölkə futbolu2021-01-07 17:21

Aqil Məmmədovla “Piramida” – VİDEO

Ölkə futbolu2021-01-07 16:22

“Futbolçuların gəlməsi ilə bağlı heç bir problem yoxdur” – VİDEO

Ölkə futbolu2021-01-07 12:00

“Ailəmin yanında olmağım çox yaxşı oldu” – VİDEO

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?