Dünya futbolu
“Yuventus” fransalı futbolçu ilə gücləndi

İtaliya çempionu “Yuventus” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Turin təmsilçisi Fransanın “Nant” klubunun yarımmüdafiəçisi Abdulaye Dabonu transfer edib.
Bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb. Qvineya əsilli fransalı yarımmüdafiəçi Turin təmsilçisində mövsümün sonunadək icarə əsasında çıxış edəcək.
“Qoca sinyora” yayda 20 yaşlı oyunçunu birdəfəlik transfer etmək hüququna sahibdir.
Qeyd edək ki, Dabo bu mövsüm “Nant”ın B komandasında 5 oyun keçirib.
- Ölkə futbolu9 saat əvvəl
Futbolçularin süni qiyamı – “ilmələr” tribunada atılmışdı
- Ölkə kuboku22 dəqiqə əvvəl
“Zirə” 1/4 finalda, “Sabah”dan ilk qol – YENİLƏNİR
- Ölkə futbolu7 saat əvvəl
“Keşlə”nin yeni baş məşqçisi bəlli oldu
- Ölkə futbolu6 saat əvvəl
“Qəbələ”də titul qazandımsa, “Keşlə”də bunu niyə etməyim?”