Connect with us

Müsahibə

“Ən yaxşı hədiyyə insanların göstərdiyi diqqətdir” – Şakir Qəribov

-də paylaşıldı

Bu gün “Neftçi”nin veteran futbolçusu Şakir Qəribovun 65 yaşı tamam olur.

Futbolinfo.az xəbər verir ki, 1956-cı ildə dünyaya gəlmiş müdafiəçi1978-1984, 1987-1988-ci illər ərzində “Neftçi”nin heyətində 219 oyun keçirib, 8 qol vurub. O, 2009-2010-cu illərdə bu komandanın məşqçisi olub.

Klubun rəsmi saytı “Neftçi” ailəsi adından veteran futbolçunu təbrik edib.

  • Doğum gününüz mübarək, Şakir müəllim! Bu günü necə qeyd edəcəksiz?
  • Çox sağ olun! Evdə, ailəmlə birlikdə qeyd edəcəm.
  • İndiyədək ən yaddaqalan doğum gününüz, aldığınız ən yaddaqalan hədiyyə hansı olub?
  • Ən yaxşı hədiyyə can sağlığı və ətrafında olan insanlardır. 60 illik yubileyim təntənəli oldu. “Neftçi” rəhbərliyini dəvət etmişdim. Bütün kollektiv, o cümlədən Müşahidə Şurasının sədri, hörmətli yazıçımız Çingiz Abdullayev, şura üzvü Bəhram Bağırzadə, klub prezidenti də gəlmişdi. Sağ olsunlar, yaxından iştirak edib “Neftçi” formasını hədiyyə etdilər. Amma yenə deyirəm, ən yaxşı hədiyyə insanların göstərdiyi diqqətdir.
  • “Neftçi”nin heyətində 219 oyun keçirmisiz. Onların arasında hansı daha unudulmazdır?
  • Bakıda Moskva “Spartak”ını 4:3 hesabı ilə məğlub etmişdik. Rəqib qapıda SSRİ yığmasının ulduzu Rinat Dasayev dayanmışdı. 4 top buraxmasına baxmayaraq, çoxlu sayda qurtarışlarına görə oyundan sonra “Spartak”ın ən yaxşısı kimi ona mükafat verirdilər, amma gəlib götürmədi. Buna görə azarkeşlərimiz onu fitə basdılar. Bizdən isə “ən yaxşı oyunçu” mükafatını biri qələbə qolu olmaqla Dasayevə iki qol vuran Səmədağa Şıxlarova verdilər.
  • Müdafiəçi olsanız da, rəqib qapılarından 8 top keçirməyə imkan tapmısız. Sizin üçün ən unudulmazı hansıdır?
  • Tbilisi “Dinamo”su ilə oyunlarda 3 qola imza atmışam. Bunlardan ikisini Tbilisidə, birini isə Bakıda vurmuşam. Səfərdə 2:1 qalib gəlmişdik. Həmin matçdakı qolum həm yaxşı alındığı, həm də qələbə qolu olduğu üçün unudulmazdır. Rəqib heyətinin əksəriyyəti yığmanın üzvləri idi. Kipiani, Daraseliya, Çivadze, Sulakvelidze, Qabeliya, Qutsayev, Şengeliya, Çelebadze kimi futbolçuları vardı. Stadionları 80 min azarkeş tuturdu. Futbolçular meydana çıxanda bir tərəfdən musiqi, digər tərəfdən də bütün azarleşlərin “Dinamo” deyə qışqırmasından başımız gicəllənirdi. Buna görə də “Dinamo”nu səfərdə məğlub etmək çox çətin idi.
  • Yəqin ki, “Neftçi”nin oyunlarını izləyirsiniz. Hətta “Neftçi TV”nin canlı yayımında “Oyun günü” verilişinin qonağı da olmusuz…
  • Bəli, “Zirə” ilə matçda “Neftçi TV” məni dəvət etmişdi. Demək olar, “Neftçi”nin “Bakcell Arena”dakı bütün oyunlarına baxıram.
  • Ümumiyyətlə, “Neftçi” sizin üçün nə deməkdir?
  • “Neftçi” doğma evimiz, doğma komandamızdır. Həyatımızın ən yaxşı vaxtlarını “Neftçi”də keçirmişik. “Neftçi” gəncliyimiz, bugünümüz, sabahımızdır.
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-03-07 21:44

Araz Abdullayevdən “Boluspor”da iki məhsuldar ötürmə – VİDEO

Premyer-liqa2021-03-07 18:33

Statistika: “Neftçi” – “Keşlə” – VİDEO

Milli komanda2021-03-05 18:05

Millimiz Moldovanı belə darmadağın etdi – VİDEO

Ölkə futbolu2021-03-05 13:03

“Neftçi”nin U-14 komandasının məşqindən maraqlı anlar – VİDEO

Premyer-liqa2021-03-04 16:18

“Sabah” üzərində qələbə “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-03-04 13:14

“Neftçi TV”nin “Fanzona”sı – VİDEO

Premyer-liqa2021-03-03 20:56

“Neftçi” – “Sabah” matçında 3 qol – VİDEO

Premyer-liqa2021-03-02 21:17

“Qarabağ” “Qəbələ”ni belə məğlub etdi – VİDEO

Premyer-liqa2021-03-02 19:05

“Səbail”lə “Keşlə”dən hərəyə 1 qol, 1 xal – VİDEO

Ölkə futbolu2021-03-02 10:04

“e-Milli” komandamızın üzvləri bəlli oldu – VİDEO

Digər2021-02-28 16:45

Ulduz stansiyası: Eldar Mansurov – VİDEO

Ölkə futbolu2021-02-27 21:46

“Ulduz stansiyası”nın növbəti qonağı – Eldar Mansurov

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-22 17:55

Son dəqiqə qələbəsi “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-02-21 14:15

Beynəlxalq Ana Dili Gününüz mübarək! – VİDEO

Premyer-liqa2021-02-20 21:34

“Neftçi” 90+4-də sevindi – VİDEO

Premyer-liqa2021-02-20 20:37

“Keşlə” – “Zirə” matçında 4 qol – VİDEO

Gündəm