AÇ-2020
AÇ-2020 azarkeşsiz keçiriləcək?

UEFA-nın AÇ-2020 ilə bağlı müzakirələri davam edir.
Futbolinfo.az xəbər verir ki, qitə futbol qurumu bu ilin yayında keçirilməsi planlaşdırılan turniri təxirə salmayacaq.
Qurum hazırda yarışla bağlı 4 variantı müzakirə edir. Bu variantlar azarkeşlərin mümkün iştirakı ilə bağlıdır.
UEFA oyunlarda azarkeşlərin tam iştirakını, 50 faiz, 20-30 faiz iştirakını və ya ümumiyyətlə matçların azarkeşsiz keçirilməsi məsələsini müzakirə edir.
AÇ-2020 keçən ilin yayında keçirilməli olsa da, pandemiya səbəbiylə təxirə salındı. Turnirin bu ilin 11 iyun-11 iyul aralığında 12 müxtəlif şəhərdə keçirilməsi planlaşdırılır. Bu şəhərlər arasında Bakı da var.
- Ölkə kuboku51 dəqiqə əvvəl
“Qarabağ” “Sumqayıt”a qarşı – YENİLƏNİR
- AÇ-202022 saat əvvəl
Türkiyə millisinin Bakı proqramı açıqlandı – AÇ-2020
- Milli komanda7 saat əvvəl
“Qarabağ”a gələndə böyük turnirlərdə oynayacağımı təsəvvür etmirdim”
- Dünya futbolu10 saat əvvəl
Anyelli “Yuventus”dan ayrılmağa qərar verdi