Connect with us

Ölkə futbolu

Aftandil Hacıyevdən Kamran Ağayev açıqlaması

-də paylaşıldı

“Səbail” klubunda çıxış edən Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev mövsümün ikinci yarısına hazırdır.

Futbolinfo.az xəbər verir ki, bu barədə “Report”a paytaxt təmsilçisinin baş məşqçisi Aftandil Hacıyev məlumat verib.

40 yaşlı mütəxəssis təcrübəli qolkiperin uzun müddətdən sonra yanvarın 14-də meydana çıxdığını söyləyib: “Sabah”a 0:1 hesabı ilə uduzuduğumuz yoldaşlıq matçının ikinci hissəsində Ağayevi meydana buraxdıq. İstəyirik ki, onu ən azı əvvəlki vəziyyətinə gətirib çatdıraq”.

Hacıyevin sözlərinə görə, 35 yaşlı qolkiperin rəsmi oyunlarda çıxışı hazırlıq durumundan və matçların xarakterindən asılı olacaq: “Kamran ürəklə məşq edir. Çox istəyir ki, qısa müddətdə əvvəlki formasına qayıtsın. Biz də ehtiyatlı olmalıyıq. Uzun müddət rəsmi matça çıxmayıb. İmkan tapdıqca onu meydanda görə biləcəyik. Onu deyə bilərəm ki, artıq oyunların sifariş ərizəsinə də daxil edəcəyik”.

Baş məşqçi “Yanvarın 25-də “Zaqatala” ilə ölkə kubokunun 1/8 final matçında Kamran Ağayevi meydanda görə bilərikmi” sualına belə cavab verib: “Hazırda yanvarın 21-də “Neftçi”yə qarşı keçirəcəyimiz Premyer Liqa matçı haqqında düşünürük. Qarşılaşmadan sonra əlimizdə olan oyunçulara baxıb, kubok oyununa köklənəcəyik”.

Qeyd edək ki, Kamran Ağayev “Səbail”ə 2020-ci ilin avqustunda keçib. Onun klubla sözləşməsi mövsümün sonunda başa çatacaq. Ağayev son rəsmi oyununu 2019-cu ilin martında “Keşlə”nin heyətində “Neftçi”yə qarşı keçirib. O, görüşün 30-cu dəqiqəsində zədələnərək meydanı tərk edib və uzun müddət futbolsuz qalıb.

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-03-07 21:44

Araz Abdullayevdən “Boluspor”da iki məhsuldar ötürmə – VİDEO

Premyer-liqa2021-03-07 18:33

Statistika: “Neftçi” – “Keşlə” – VİDEO

Milli komanda2021-03-05 18:05

Millimiz Moldovanı belə darmadağın etdi – VİDEO

Ölkə futbolu2021-03-05 13:03

“Neftçi”nin U-14 komandasının məşqindən maraqlı anlar – VİDEO

Premyer-liqa2021-03-04 16:18

“Sabah” üzərində qələbə “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-03-04 13:14

“Neftçi TV”nin “Fanzona”sı – VİDEO

Premyer-liqa2021-03-03 20:56

“Neftçi” – “Sabah” matçında 3 qol – VİDEO

Premyer-liqa2021-03-02 21:17

“Qarabağ” “Qəbələ”ni belə məğlub etdi – VİDEO

Premyer-liqa2021-03-02 19:05

“Səbail”lə “Keşlə”dən hərəyə 1 qol, 1 xal – VİDEO

Ölkə futbolu2021-03-02 10:04

“e-Milli” komandamızın üzvləri bəlli oldu – VİDEO

Digər2021-02-28 16:45

Ulduz stansiyası: Eldar Mansurov – VİDEO

Ölkə futbolu2021-02-27 21:46

“Ulduz stansiyası”nın növbəti qonağı – Eldar Mansurov

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-22 17:55

Son dəqiqə qələbəsi “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-02-21 14:15

Beynəlxalq Ana Dili Gününüz mübarək! – VİDEO

Premyer-liqa2021-02-20 21:34

“Neftçi” 90+4-də sevindi – VİDEO

Premyer-liqa2021-02-20 20:37

“Keşlə” – “Zirə” matçında 4 qol – VİDEO

Gündəm