Ölkə futbolu
ÇSKA Kramarenkonu istəyir

Futbol üzrə Azərbaycan milli komandasının qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko Rusiyada çalışa bilər.
Futbolinfo.az xəbər verir ki, ÇSKA klubu 46 yaşlı mütəxəssisin xidmətində maraqlıdır.
Bu barədə “Championat” nəşri məlumat yayıb. Xəbərdə, Kramarenkonun Moskva klubunda qapıçılar üzrə məşqçi olmağa ən böyük namizəd olduğu bildirilib.
Kramarenko hazırda Azərbaycan yığmasında çalışır. Mütəxəssis daha əvvəl “Neftçi” və “Qəbələ” klublarında da məşqçilik edib.
- Milli komanda12 saat əvvəl
Heç kimi tanımayan Kobin: “Rüstəmlə Anatoli yığmanıza kömək edə bilər”
- Premyer-liqa3 saat əvvəl
“Zirə” xal itirdi, “Neftçi” qalib gəldi
- Ölkə futbolu11 saat əvvəl
“Keşlə”də dəyişən yalnız məşqçilərdi
- Premyer-liqa5 saat əvvəl
Rəşad Sadıqov yeni transferi təsdiqlədi: “Növbəti oyunlara sifariş edəcəyik”