Ölkə futbolu
“Zirə”də daha bir serb

“Zirə” yeni transferinin yolunu gözləyir. Nemanya Andyelkoviç viza problemini həll edən kimi Bakıya gələcək. Onunla müqavilənin bütün detalları razılaşdırılıb.
“Qartallar”ın baş məşqçisi Rəşad Sadıqov mövsümün ilk yarısında komandasının rahat qol buraxmasından məmnun deyildi. Daha bir mərkəz müdafiəçisi axtaran çalışdırıcı heyətdə rəqabət yaratmaq üçün say artımını vacib bilirdi.
Dmitrios Çantakias və Lazar Corceviç əsas heyət üzvləri sayılsalar da, zaman-zaman səhvləri ilə diqqət çəkirlər. Ali Sisey və Kərim Diniyevə bir o qədər güvənməyən Sadıqov daha çox Cəlal Hüseynova onların əvəzedicisi gözüylə baxır. Amma bu gənc futbolçunun “Benfika”ya yollanması məsələsi aktualdı. Ona görə də “Zirə” etibarlı mərkəz müdafiəçisi tapmağı lazım bilib.
Qəsəbə təmsilçisinin yeni transferi Lazarın həmyerlisidi. Nemanya Andyelkoviçlə 2,5 illik müqavilə razılaşdırılıb. Serb arxa xətt oyunçusu karyerası ərzində “Javor-Matis”, “Metalak” və “Zlatibor” kimi klubların şərəfini qoruyub. 22 yaşlı futbolçunun “Zlatibor”la 2021-ci ilin yayına kimi müqaviləsi var idi, lakin o, bu klubdan ayrılmağı bacarıb.
- Milli komanda11 saat əvvəl
Heç kimi tanımayan Kobin: “Rüstəmlə Anatoli yığmanıza kömək edə bilər”
- Premyer-liqa1 saat əvvəl
“Zirə” xal itirdi, “Neftçi” qalib gəldi
- Ölkə futbolu10 saat əvvəl
“Keşlə”də dəyişən yalnız məşqçilərdi
- Premyer-liqa4 saat əvvəl
Rəşad Sadıqov yeni transferi təsdiqlədi: “Növbəti oyunlara sifariş edəcəyik”