Dünya futbolu
“Milan” futbolçusunu icarəyə verdi

İtaliyanın “Milan” klubu futbolçusu Andrea Kontini icarəyə verib.
Futbolinfo.az xəbər verir ki, 26 yaşlı müdafiəçi mövsümün sonuna qədər “Parma”da çıxış edəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. A Seriyası təmsilçisi mövsümün sonunda 7 milyon avro ödəyərək, Kontinin transfer hüquqlarına sahib ola bilər.
Konti bu mövsüm “Milan”la 4 oyuna çıxıb.