Connect with us

Müsahibə

“Neftçi”nin liderliyi üzərimizdə təzyiq yaratmır”

-də paylaşıldı

Futbolinfo.az sizi futbol üzrə Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı Maksim Medvedevin müsahibəsi ilə tanış edir:

  • Artıq qış təlim-məşq toplanışı başa çatır. Klubunuzun hazırlıq prosesi barədə nə deyə bilərsiniz?
  • Hər şey qaydasındadır. Hamılıqla baş məşqçi Qurban Qurbanovun tapşırıqlarını yerinə yetiririk. Deməzdim ki, budəfəki toplanış proqram olaraq nə iləsə fərqlənir. Antalyada olsaydıq da, həmin proqramla işləyəcəkdik.
  • Sizcə, “Zirə” ilə 3:3 hesablı heç-heçə etdiyiniz 3 hissəlik yoxlama matçı boşluqları görmək baxımından nə dərəcədə əhəmiyyətli oldu?
  • Yoldaşlıq oyunlarının çox olmasını istərdik. Amma hazırda bunu etməyə imkan yoxdur. Cəmi 1 qarşılaşma oldu, ondan maksimum istifadə etməyə çalışdıq. 2 yox, 3 hissə oynadıq ki, bütün futbolçular meydana çıxa bilsinlər. İstər oyunun gedişində, istərsə də matçdan sonra analizlər oldu. Baş məşqçi səhvlərimizi bizə göstərdi, harada daha diqqətli oynamalı olduğumuzu izah etdi. Yaxşı ki, 1 oyun keçirə bildik. Baş tutmasaydı, daha çətin olardı. Çünki uzun fasilədən sonra çempionat görüşünə çıxacağıq. Düşünürəm ki, “Zirə” ilə matçın bizə faydası dəydi.
  • Pandemiya ilə bağlı bu dəfə klublar ölkə xaricində yox, Bakıda toplanış keçməli oldu. Bu amilin “Qarabağ” üçün hansı müsbət və mənfi tərəfləri var?
  • Əlbəttə, Antalyaya getsəydik, daha yaxşı olardı. Orada sınaqçı rəqiblər çox olur. Fərqli səviyyəli komandalarla ən azı 3-4 oyun keçirə bilərdik. Təəssüf ki, bu dəfə alınmadı. Bu baxımdan mənfi haldır. Bakıda qalmağımızın müsbət tərəfi odur ki, hər gün evə gedə, ailə üzvlərimizi görə bilirik. Yeganə müsbət məqam kimi bunu qeyd edə bilərəm.
  • Necə düşünürsünüz, “Qarabağ” mövsümün ikinci yarısına neçə faiz hazırdır?
  • İndi bunu faizlə demək olmaz. Elə oyunlar olub ki, çox yaxşı çıxış etmişik, amma xal ala bilməmişik. Hərdən isə yaxşı təsir bağışlamırıq, amma matçı 3 xalla başa vururuq. Ona görə də proqnoz vermək çətindir. Düzdür, 100 faiz hazır deyilik. Çünki fasilədən sonra heç bir komanda tam hazır ola bilməz. Oyunlar hər şeyi göstərəcək.
  • “Qarabağ”ın bu qış transfer etməməsi azarkeşləri düşündürür. Sizcə, hazırkı heyət çempionluq uğrunda mübarizə aparmaq üçün yetərlidirmi?
  • Ötən illə müqayisədə heyətdə ciddi dəyişiklik yoxdur. Keçən mövsüm necə çempionluğa oynayırdıqsa, indi də belədir. Desək ki, bu gün komandaya yeni futbolçu almaq mütləqdir, düzgün olmaz. Çünki heyətdə hər mövqedə oynaya bilən kifayət qədər oyunçu var. Hazırda hər hansı boşluq görünmür. Əksinə, gənclər də bizə qoşulub, daha böyük komanda təsiri bağışlayırıq. Futbolçularımız da formadadır, özlərini yalnız yaxşı tərəfdən göstərməyə çalışırlar.
  • “Neftçi”nin liderliyi sizin üzərində hər hansı psixoloji təzyiq yaradırmı?
  • Xeyr, heç bir təzyiq yaratmır. Çünki ehtiyatda hələ bir oyunumuz var. Həmçinin ikinci dövrə hələ qarşıdadır. “Neftçi” ilə 2 dəfə qarşılaşacağıq. Hər oyunda sabit çıxış etməli, lazımınca xal yığmalıyıq.
  • Mövsümün ikinci yarısına “Sabah”a qarşı oyunla start verəcəksiniz. Rəqibin qış fasiləsinə son pillədə çıxdığını nəzərə alsaq, bu qarşılaşma barədə nə düşünürsünüz?
  • “Qarabağ” oyuna çıxanda rəqibin mövqeyinə baxmır. Komandanın birinci və ya sonuncu olmasına fikir vermirik. “Sabah”ı yaxşı tanıyırıq və bilirik ki, onlara autsayder kimi baxmaq olmaz. Çünki çox yaxşı komandadır. Ola bilsin, hansısa matçlarda xal və ya xallar qazana bilməyiblər. Amma oyunlarına baxanda görürsən ki, təhlükəli komandadır. Ən güclü rəqibə qarşı necə hazırlaşırıqsa, “Sabah”la matça da eyni qaydada ciddi yanaşırıq. “Qarabağ”ın qarşısında bir məqsəd var. Buna görə də rəqibin kimliyindən asılı olmayaraq, meydana çıxıb öz oyunumuzu sərgiləyəcəyik.
  • Koronavirusa yoluxmuşdunuz, artıq sağalmısınız. Səhhətinizdə xəstəliyin hər hansı fəsadı qalıb?
  • Artıq koronavirusdan tam sağalmışam. Heç bir fəsadı qalmayıb. Məşqlərdə qaçıram, problem hiss etmirəm. Əvvəl necə idimsə, indi də eləyəm. (Report)
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-03-03 14:46

A Seriyasında fevralın ən yaxşı futbolçusu

Ölkə futbolu2021-03-03 14:23

“Sabah”la oyundan əvvəl “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Digər2021-03-03 13:24

Zəngilanın Beşdəli kəndi – VİDEO

Dünya futbolu2021-03-03 13:01

9 futbolçu və 1 məşqçi qəza nəticəsində öldü

Dünya futbolu2021-03-03 12:40

“Borussiya”nın futbolçusu millimizlə oyunu buraxa bilər

Milli komanda2021-03-03 12:25

Millimizin Moldova ilə oyun heyəti bəlli oldu

Ölkə futbolu2021-03-03 12:03

“Keşlə”də dəyişən yalnız məşqçilərdi

Ölkə futbolu2021-03-03 11:43

“Neftçi”nin məşqçisi Əməkdar Məşqçi adına layiq görüldü

Milli komanda2021-03-03 11:24

“Bunu bacarmaq üçün hər gün çalışırıq” – Millimizin üzvü

Milli komanda2021-03-03 11:01

Millimizin qapıçısı heyətdən kənarlaşdırıldı

Milli komanda2021-03-03 10:47

Heç kimi tanımayan Kobin: “Rüstəmlə Anatoli yığmanıza kömək edə bilər”

Dünya futbolu2021-03-03 10:29

“Qarabağ”ın sabiq futbolçusu karyerasını bitirdi

Dünya futbolu2021-03-03 10:05

“Şalke”də yeni baş məşqçi

Dünya futbolu2021-03-03 09:33

“Pirelli” növbəti mövsümdən “İnter”in sponsoru olmayacaq

Premyer-liqa2021-03-03 09:15

“Sumqayıt” “Zirə”yə, “Neftçi” “Sabah”a qarşı – YENİLƏNİR

Müsahibə2021-03-03 09:00

“Bu vəziyyətdən birlikdə çıxacağıq”

Dünya futbolu2021-03-03 02:14

“Borussiya” yarımfinalda

Dünya futbolu2021-03-03 02:09

“Mançester Siti”dən növbəti qələbə

Dünya futbolu2021-03-03 01:44

“Yuventus”dan darmadağın

Dünya futbolu2021-03-03 01:35

“Torino”nun daha bir oyununa koronavirus əngəli

Premyer-liqa2021-03-02 21:17

“Qarabağ” “Qəbələ”ni belə məğlub etdi – VİDEO

Premyer-liqa2021-03-02 19:05

“Səbail”lə “Keşlə”dən hərəyə 1 qol, 1 xal – VİDEO

Ölkə futbolu2021-03-02 10:04

“e-Milli” komandamızın üzvləri bəlli oldu – VİDEO

Digər2021-02-28 16:45

Ulduz stansiyası: Eldar Mansurov – VİDEO

Ölkə futbolu2021-02-27 21:46

“Ulduz stansiyası”nın növbəti qonağı – Eldar Mansurov

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-22 17:55

Son dəqiqə qələbəsi “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-02-21 14:15

Beynəlxalq Ana Dili Gününüz mübarək! – VİDEO

Premyer-liqa2021-02-20 21:34

“Neftçi” 90+4-də sevindi – VİDEO

Premyer-liqa2021-02-20 20:37

“Keşlə” – “Zirə” matçında 4 qol – VİDEO

Premyer-liqa2021-02-19 20:46

“Sumqayıt” – “Qarabağ” 0:0 – VİDEO

Premyer-liqa2021-02-19 19:22

“Səbail” “Sabah”ı məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-18 18:10

Statistika: “Neftçi” – “Qəbələ”

Ölkə futbolu2021-02-18 11:03

“Neftçi” çempionluğa hazırdır” – Nərimancahan

Ölkə futbolu2021-02-17 17:57

“Neftçi” yeni hücumçusuna qovuşdu – VİDEO

Premyer-liqa2021-02-14 19:56

“Zirə” – “Sabah” 2:2 – VİDEO

Premyer-liqa2021-02-14 18:24

“Qəbələ” “Keşlə”ni məğlub yola saldı – VİDEO

Gündəm