Dünya futbolu
“Bavariya”nın futbolçusu “Real”la razılığa gəldi

“Bavariya”nın futbolçusu David Alabanın yeni ünvanı bəlli olub.
Futbolinfo.az xəbər verir ki, avstriyalı müdafiəçi “Real”da çıxış edəcək.
Bu barədə “Marca” nəşri məlumat yayıb. Xəbərdə, Alabanın “kral klubu” ilə 4 illik razılığa gəldiyi bildirilir.
Alaba “Real”da həftəsinə 230 min avro qazanacaq. 28 yaşlı müdafiəçi mövsümün sonunda Madrid klubuna qoşulacaq.
Alaba 2010-cu ildən “Bavariya”nın uğurları üçün çalışır. Avstriya milli komandasının da üzvü olan futbolçu bu mövsüm Bundesliqada 15 oyuna çıxıb.