Connect with us

Ölkə futbolu

Derlis Meza Kolli: “Keşlə” məni istəyir, amma…”

-də paylaşıldı

Derlis Meza Kollinin “Keşlə”yə keçidi alınmayacaq. Bakı klubu paraqvaylı dayaq yarımmüdafiəçisini gətirmək üçün xeyli səy göstərsə də, arzusuna çatmadı.

Bakılıların baş məşqçisi Yunis Hüseynov da açıqlamasında keçidin mümkün olmadığını dilə gətirdi. O, konkret səbəb göstərməsə də, bu dəftərin ən azı yayadək bağlandığını bildirdi. Beləliklə, “Keşlə”nin lideri Sezar Meza Kolli mövsümü qardaşının köməyi olmadan başa vurmalıdı. Onun rəhbərlikdən tələb etdiyi bu transfer yüksək məbləğ üzündən ertələndi.

Bizdə olan bilgiyə görə, Derlis bakılılardan yüksək maaş istəyib. Rumınlarla əla şərtləri olan müqaviləsi davam edən paraqvaylı yalnız eyni şərtlər təmin edildiyi halda ölkəmizə gələ biləcəyini söyləyib. İndiyədək 40-a yaxın futbolçuyla müqavilə bağlayan, yanlış oyunçu seçimləri üzündən yayda gətirilənlərdən 7-si ilə erkən vidalaşan paytaxt klubu onlara verilən kompensasiyalar üzündən büdcəni boşaldıb. Bu səbəbdən Derlisin gəlməsi üçün yüksək ödənişli futbolçulardan kimlərsə göndərilməlidi.

Dmitro Klotsu yola salan “Keşlə” indi Con Kamaranı getməsi üçün dilə tutur. Aylıq 10 min dollar maaş alan legioner isə müqaviləni qarşılıqlı razılıqla pozmaq niyyətində deyil. O, anlaşmada nəzərdə tutulan məbləği tam alacağı halda gedə biləcəyini söyləyib. Bu səbəbdən Kamaranı heyətdən kənarlaşdırmaq mümkünsüzləşib. Belədə eyni mövqe üçün nəzərdə tutulan Derlis Meza Kollinin transferi reallaşmır.

Paraqvaylı “Futbolinfo”ya açıqlamasında “Keşlə”nin onunla maraqlandığını təsdiqləyib: “Keşlə”dən həqiqətən mənə maraq var idi. Lakin bu transfer alınmayacaq. Hazırda müqaviləm var və mövsümün sonunda nə olacağını birlikdə görəcəyik. Bu vəziyyətdə “Keşlə”yə keçəcəyim inandırıcı deyil”.

Xatırladaq ki, 33 yaşlı (!) Derlis əvvəllər də ölkəmizdə oynayıb. O, “İnter”, “Qəbələ” və “Neftçi”də çıxış edib.

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-03-05 02:44

“Barselona”nın finaldakı rəqibi bəlli oldu

Dünya futbolu2021-03-05 02:13

“Çelsi” “Liverpul”a səfərdə qalib gəldi

Dünya futbolu2021-03-05 01:45

“İnter”dən səfərdə çətin qələbə

Ölkə futbolu2021-03-05 01:10

“Neftçi” Honda ilə danışıq aparır

Milli komanda2021-03-04 23:43

Slovakiya yığması millimizin qrupunda ikinci pilləyə yüksəldi

Milli komanda2021-03-04 23:27

“Kişinyovdan da qələbə ilə dönəcəyik”

Dünya futbolu2021-03-04 22:08

“Fənərbaxça” evdə xal itirdi

Milli komanda2021-03-04 21:35

“Azərbaycan millisinin ustalıq səviyyəsi yüksəkdir”

Milli komanda2021-03-04 21:14

Joze Alesio: “Vacib olan nəticəni qazandıq”

Milli komanda2021-03-04 20:37

Yığmamız Moldovaya 5 qolla qalib gəldi

Dünya futbolu2021-03-04 20:11

“Barselona”da ciddi itki

Ölkə futbolu2021-03-04 19:26

AFFA-dan millimizin həkimlərinə təşəkkürnamə

Digər2021-03-04 18:53

Zəngilanın Keçikli kəndi – VİDEO

I Divizion2021-03-04 18:36

16-cı turun bütün təyinatları bəlli oldu

Dünya futbolu2021-03-04 18:15

Paşayevin komandasının yarımfinaldakı rəqibi bəlli oldu

Premyer-liqa2021-03-04 17:57

“Sumqayıt” – “Zirə” matçında karantin qaydaları pozulub

Digər2021-03-04 17:34

Azərbaycanda daha 314 nəfər koronavirusa yoluxdu

Dünya futbolu2021-03-04 17:13

“Liverpul”un ÇL matçının məkanı yenə dəyişdirildi

I Divizion2021-03-04 16:52

Divizion klublarının də cəzası açıqlandı

Premyer-liqa2021-03-04 16:36

AFFA işıqların sönməsinə görə “Neftçi”ni 4 min manat cərimə etdi

Premyer-liqa2021-03-04 16:18

“Sabah” üzərində qələbə “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-03-04 13:14

“Neftçi TV”nin “Fanzona”sı – VİDEO

Premyer-liqa2021-03-03 20:56

“Neftçi” – “Sabah” matçında 3 qol – VİDEO

Premyer-liqa2021-03-02 21:17

“Qarabağ” “Qəbələ”ni belə məğlub etdi – VİDEO

Premyer-liqa2021-03-02 19:05

“Səbail”lə “Keşlə”dən hərəyə 1 qol, 1 xal – VİDEO

Ölkə futbolu2021-03-02 10:04

“e-Milli” komandamızın üzvləri bəlli oldu – VİDEO

Digər2021-02-28 16:45

Ulduz stansiyası: Eldar Mansurov – VİDEO

Ölkə futbolu2021-02-27 21:46

“Ulduz stansiyası”nın növbəti qonağı – Eldar Mansurov

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-22 17:55

Son dəqiqə qələbəsi “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-02-21 14:15

Beynəlxalq Ana Dili Gününüz mübarək! – VİDEO

Premyer-liqa2021-02-20 21:34

“Neftçi” 90+4-də sevindi – VİDEO

Premyer-liqa2021-02-20 20:37

“Keşlə” – “Zirə” matçında 4 qol – VİDEO

Premyer-liqa2021-02-19 20:46

“Sumqayıt” – “Qarabağ” 0:0 – VİDEO

Premyer-liqa2021-02-19 19:22

“Səbail” “Sabah”ı məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-18 18:10

Statistika: “Neftçi” – “Qəbələ”

Ölkə futbolu2021-02-18 11:03

“Neftçi” çempionluğa hazırdır” – Nərimancahan

Gündəm