Connect with us

Müsahibə

“İşğaldan azad olunmuş Qarabağı görməyi çox istəyirəm”

-də paylaşıldı

“Neftçi”nin müdafiəçisi Mert Çelik klubun rəsmi saytına müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, Bakının tarixi yerlərini kəşf etmək, işğaldan azad olunmuş torpaqlarımızı görmək istədiyini bildirən türkiyəli futbolçunun ən böyük arzusu Azərbaycan millisinin formasını geyinməkdir:

– Mert, artıq 4 aydır “Neftçi”dəsən. Azərbaycanın ən köklü klubunda özünü necə hiss edirsən?
– Sanki 4 ay deyil, 4 ildir “Neftçi”nin formasını geyinirəm. Gəldiyim gündən bəri klubun böyüklüyünü hiss edirəm. Bu forma ilə mübarizə aparmaq, bu ailənin üzvü olmaq qürurvericidir.

– Komandaya, şəhərə tam uyğunlaşa bilmisənmi?
– Klub prezidentinin, məşqçilərin və klubdakı digər çalışanların mənə qarşı isti münasibəti bura uyğunlaşmağımı çox asanlaşdırdı. Özümü evimdəki kimi hiss edirəm. Pandemiya səbəbindən gəzib görə bilmədiyim bu gözəl şəhərin tarixi yerlərini ən qısa zamanda kəşf etməyi arzulayıram. Xüsusilə, işğaldan azad olunmuş Qarabağı çox görmək istəyirəm.

– Pandemiya səbəbindən oyunlar azarkeşsiz keçirilir. Buna görə də, hələ ki, “Neftçi” fanatlarını görməmisən. Onlar sənə yazıb, səninlə əlaqə saxlayırlarmı?
– Ən böyük üzgünlüyüm bu böyük azarkeş ordusu qarşısında oynamamaqdır. “Neftçi” mənimlə maraqlananda azarkeşlərin videolarına baxmağa başladım. Bu məni çox həyəcanlandırdı. Azarkeşlərimiz mənə sosial şəbəkələr vasitəsilə çox dəstək verirlər. Buna görə onlara çox minnətdaram.

– Bu müddət ərzində meydana çıxdığın 6 çempionat oyununda inamlı təsir bağışlamısan. Müdafiə xəttindəki daha təcrübəli futbolçularla rəqabətdən çəkinmirsən ki?
– Hər matç daha yaxşı oynamaq və komandama faydalı olmaq üçün çox çalışıram. Təcrübəli futbolçular mənə daim dəstək olurlar.

– Hazırda təlim-məşq toplanışı davam edir. Toplanış necə keçir?
– Hazırlıq yaxşı keçir, çox yaxşı məşq edirik. Çempionatın başlanmasını səbirsizliklə gözləyirəm.

– Hazırlıq çərçivəsində iki sınaq matçı keçirmisiz və hər ikisində də start heyətində yer almısan. Öz oyunundan, hazırkı formandan razısanmı?
– Həmişə daha yaxşı oynamaq istəyirəm. Hədəflərim böyükdür. Buna görə də çox çalışıram.

– Qarşıdan “Səbail”lə rəsmi matç gəlir. Həmin oyundan nə gözləyirsən?
– “Neftçi” kimi böyük komanda rəqibin kimliyindən asılı olmayaraq, hər matça qələbə qazanmaq üçün çıxır. Komandanın bütün üzvləri hər oyunda qalib gəlmək və çempion olmaq istəyir.

– Azərbaycanın U-21 milli komandasının üzvüsən. Üstəlik, keçən ilin noyabrında ilk dəfə əsas milli komandanın düşərgəsinə dəvət olundun. Meydana çıxmasan da, dəvət olunmağın millinin məşqçilər korpusunun diqqətini cəlb etməyin anlamına gəlir. Necə düşünürsən, milliyə yenə çağırılacaqsan?
– Əsas milli komandada oynamaq ən böyük arzumdur. Azərbaycan xalqını ən yüksək səviyyədə təmsil etmək istəyirəm. Ümid eləyirəm, əsas milli komandaya yenə dəvət alaram və uzun illər bu müqəddəs formanı uğurla tərlədərəm.

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-03-03 02:14

“Borussiya” yarımfinalda

Dünya futbolu2021-03-03 02:09

“Mançester Siti”dən növbəti qələbə

Dünya futbolu2021-03-03 01:44

“Yuventus”dan darmadağın

Dünya futbolu2021-03-03 01:35

“Torino”nun daha bir oyununa koronavirus əngəli

Dünya futbolu2021-03-02 23:09

“Barselona”nın sabiq prezidenti azadlığa buraxıldı

Dünya futbolu2021-03-02 22:45

“Beşiktaş”a bir qol bəs etdi

Ölkə futbolu2021-03-02 22:22

“Neftçi TV”də “Fanzona” – VİDEO

Premyer-liqa2021-03-02 21:17

“Qarabağ” “Qəbələ”ni belə məğlub etdi – VİDEO

Premyer-liqa2021-03-02 20:39

“Neftçi”yə məğlubiyyətin nə dərəcədə faydalı olduğunu mövsümün sonunda görəcəyik”

Premyer-liqa2021-03-02 20:26

Elmar Baxşıyev: “Qarabağ” bizdən üstündür”

Premyer-liqa2021-03-02 20:12

“Qarabağ”dan darmadağın, “Səbail”lə “Keşlə”dən heç-heçə

Premyer-liqa2021-03-02 19:21

PFL “Neftçi” ilə “Keşlə”nin oyunlarının yerini dəyişdi

Premyer-liqa2021-03-02 19:05

“Səbail”lə “Keşlə”dən hərəyə 1 qol, 1 xal – VİDEO

Premyer-liqa2021-03-02 18:43

“Qol buraxdıqdan sonra daha əzmkar oynamağımız başadüşüləndir”

Premyer-liqa2021-03-02 18:26

“Hesabdakı üstünlüyü qoruya bilməməyimiz psixoloji məqamdır”

Dünya futbolu2021-03-02 17:47

“Real”da yeni rekordçu və yubilyar

Milli komanda2021-03-02 16:53

Moldova yığması Bakıya bu heyətlə gəldi

Milli komanda2021-03-02 16:21

Millimizdən son oyunda heç-heçə

Dünya futbolu2021-03-02 16:00

“Liverpul”un sabiq futbolçusu vəfat etdi

Müsahibə2021-03-02 15:22

“İndidən deyə bilmərik ki, 6 xal bizimdir”

Premyer-liqa2021-03-02 21:17

“Qarabağ” “Qəbələ”ni belə məğlub etdi – VİDEO

Premyer-liqa2021-03-02 19:05

“Səbail”lə “Keşlə”dən hərəyə 1 qol, 1 xal – VİDEO

Ölkə futbolu2021-03-02 10:04

“e-Milli” komandamızın üzvləri bəlli oldu – VİDEO

Digər2021-02-28 16:45

Ulduz stansiyası: Eldar Mansurov – VİDEO

Ölkə futbolu2021-02-27 21:46

“Ulduz stansiyası”nın növbəti qonağı – Eldar Mansurov

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-22 17:55

Son dəqiqə qələbəsi “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-02-21 14:15

Beynəlxalq Ana Dili Gününüz mübarək! – VİDEO

Premyer-liqa2021-02-20 21:34

“Neftçi” 90+4-də sevindi – VİDEO

Premyer-liqa2021-02-20 20:37

“Keşlə” – “Zirə” matçında 4 qol – VİDEO

Premyer-liqa2021-02-19 20:46

“Sumqayıt” – “Qarabağ” 0:0 – VİDEO

Premyer-liqa2021-02-19 19:22

“Səbail” “Sabah”ı məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-18 18:10

Statistika: “Neftçi” – “Qəbələ”

Ölkə futbolu2021-02-18 11:03

“Neftçi” çempionluğa hazırdır” – Nərimancahan

Ölkə futbolu2021-02-17 17:57

“Neftçi” yeni hücumçusuna qovuşdu – VİDEO

Premyer-liqa2021-02-14 19:56

“Zirə” – “Sabah” 2:2 – VİDEO

Premyer-liqa2021-02-14 18:24

“Qəbələ” “Keşlə”ni məğlub yola saldı – VİDEO

Gündəm