Connect with us

Ölkə futbolu

“Mənə qarşı münasibətdən məyus oldum” – Kərəm Sultanov

-də paylaşıldı

“Sumqayıt”ın sabiq futbolçusu Kərəm Sultanov “gənclik şəhəri” təmsilçisindən ayrılmasına münasibət bildirib.

Futbolinfo.az xəbər verir ki, Qazaxıstandan olan 25 yaşlı futbolçu ölkəsinin mətbuatına müsahibəsində bunları söyləyib:

“Belə qərara gəldik ki, yollarımızı qarşılıqlı razılıq əsasında ayıraq. Yeni İldən sonra Qazaxıstana getmək problemli idi. Çünki həm bizdə, həm də Azərbaycanda məhdudiyyətlər var. Klubdan dedilər ki, problemi yerindəcə özün həll et. Mən necə həll edim?! Müəyyən vaxtdan sonra isə sözləşməni pozmağı təklif etdilər”.

Cari mövsümün əvvəlində “Sumqayıt”la 2 illik müqavilə imzalayan futbolçu komandadan təzminatsız ayrıldığını söyləyib: “Heç kimin heç kimə borcu qalmadı”.

Sultanov “Sumqayıt”la vidalaşamasının artıq çəki ilə bağlı olmadığını vurğulayıb: “Düzdür, sürətlə kökəlirəm. Burada koronavirus problemi də rol oynadı. Amma Azərbaycana gələn kimi normal məşq etməyə başladım, dərhal çəki atdım”.

Premyer Liqa təmsilçisinə keçidi barədə da danışan müdafiəçi Azərbaycana yük gəmisi ilə gəldiyini xatırladıb: “Bəli, 2 gün gəmi ilə Aktaudan yol gəldim. İndi də eyni şeyi etməyə hazır idim. Amma mənə dedilər ki, bütün məsələləri özün həll et. Yoxladım, amma alınmır. Klub açıqlama verməli idi. Ondan sonra təyyarə ilə də uçmaq olardı. Lakin həmin açıqlama olmadı. Sonda komandadan ayrılmağa qərar verdim. Özümə qarşı münasibətdən məyus oldum”.

Sultanovun sözlərinə görə, özünü Azərbaycanda legioner kimi hiss etməyib: “Azərbaycan Premyer Liqasının səviyyəsi Qazaxıstan çempionatından heç nə ilə fərqlənmir. Hətta bizdə daha güclüdür. Orada isə sadəcə, meydan və bu kimi digər şərtlər əladır. Ölkə, insanlar yaxşıdır. Dilimiz oxşardır. Danışmaq çətin olsa da, hər şeyi başa düşürdüm. Komandada rusca danışmırdılar”.

Futbolçu ölkə xaricindən təkliflərinin olduğunu bildirib. Lakin o, ad çəkmək istəməyib: “Agentlər çox yazırlar, amma konkret bir şey yoxdur”.

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-03-05 02:44

“Barselona”nın finaldakı rəqibi bəlli oldu

Dünya futbolu2021-03-05 02:13

“Çelsi” “Liverpul”a səfərdə qalib gəldi

Dünya futbolu2021-03-05 01:45

“İnter”dən səfərdə çətin qələbə

Ölkə futbolu2021-03-05 01:10

“Neftçi” Honda ilə danışıq aparır

Milli komanda2021-03-04 23:43

Slovakiya yığması millimizin qrupunda ikinci pilləyə yüksəldi

Milli komanda2021-03-04 23:27

“Kişinyovdan da qələbə ilə dönəcəyik”

Dünya futbolu2021-03-04 22:08

“Fənərbaxça” evdə xal itirdi

Milli komanda2021-03-04 21:35

“Azərbaycan millisinin ustalıq səviyyəsi yüksəkdir”

Milli komanda2021-03-04 21:14

Joze Alesio: “Vacib olan nəticəni qazandıq”

Milli komanda2021-03-04 20:37

Yığmamız Moldovaya 5 qolla qalib gəldi

Dünya futbolu2021-03-04 20:11

“Barselona”da ciddi itki

Ölkə futbolu2021-03-04 19:26

AFFA-dan millimizin həkimlərinə təşəkkürnamə

Digər2021-03-04 18:53

Zəngilanın Keçikli kəndi – VİDEO

I Divizion2021-03-04 18:36

16-cı turun bütün təyinatları bəlli oldu

Dünya futbolu2021-03-04 18:15

Paşayevin komandasının yarımfinaldakı rəqibi bəlli oldu

Premyer-liqa2021-03-04 17:57

“Sumqayıt” – “Zirə” matçında karantin qaydaları pozulub

Digər2021-03-04 17:34

Azərbaycanda daha 314 nəfər koronavirusa yoluxdu

Dünya futbolu2021-03-04 17:13

“Liverpul”un ÇL matçının məkanı yenə dəyişdirildi

I Divizion2021-03-04 16:52

Divizion klublarının də cəzası açıqlandı

Premyer-liqa2021-03-04 16:36

AFFA işıqların sönməsinə görə “Neftçi”ni 4 min manat cərimə etdi

Premyer-liqa2021-03-04 16:18

“Sabah” üzərində qələbə “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-03-04 13:14

“Neftçi TV”nin “Fanzona”sı – VİDEO

Premyer-liqa2021-03-03 20:56

“Neftçi” – “Sabah” matçında 3 qol – VİDEO

Premyer-liqa2021-03-02 21:17

“Qarabağ” “Qəbələ”ni belə məğlub etdi – VİDEO

Premyer-liqa2021-03-02 19:05

“Səbail”lə “Keşlə”dən hərəyə 1 qol, 1 xal – VİDEO

Ölkə futbolu2021-03-02 10:04

“e-Milli” komandamızın üzvləri bəlli oldu – VİDEO

Digər2021-02-28 16:45

Ulduz stansiyası: Eldar Mansurov – VİDEO

Ölkə futbolu2021-02-27 21:46

“Ulduz stansiyası”nın növbəti qonağı – Eldar Mansurov

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-22 17:55

Son dəqiqə qələbəsi “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-02-21 14:15

Beynəlxalq Ana Dili Gününüz mübarək! – VİDEO

Premyer-liqa2021-02-20 21:34

“Neftçi” 90+4-də sevindi – VİDEO

Premyer-liqa2021-02-20 20:37

“Keşlə” – “Zirə” matçında 4 qol – VİDEO

Premyer-liqa2021-02-19 20:46

“Sumqayıt” – “Qarabağ” 0:0 – VİDEO

Premyer-liqa2021-02-19 19:22

“Səbail” “Sabah”ı məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-18 18:10

Statistika: “Neftçi” – “Qəbələ”

Ölkə futbolu2021-02-18 11:03

“Neftçi” çempionluğa hazırdır” – Nərimancahan

Gündəm