Dünya futbolu
“Çelsi”dən “Milan”a transfer

“Milan” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, İtaliya klubu İngiltərə təmsilçisi “Çelsi”dən Fikayo Tomorini icarəyə götürüb.
Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu mövsümün sonuna qədər “Milan”ın uğurları üçün çalışacaq.
“Çelsi”nin yetirməsi olan Tomori bu mövsüm London təmsilçisinin heyətində 4 rəsmi oyuna çıxmışdı. O, əvvəlki mövsümlərdə “Brayton”, “Hall Siti” və “Derbi Kaunti”də də icarədə oynayıb. Fikayo İngiltərə yığmasının da üzvüdür və əsas millidə 1 oyun keçirib.
- Premyer-liqa20 saat əvvəl
“Qarabağ”dan darmadağın, “Səbail”lə “Keşlə”dən heç-heçə
- Milli komanda6 saat əvvəl
Heç kimi tanımayan Kobin: “Rüstəmlə Anatoli yığmanıza kömək edə bilər”
- Premyer-liqa21 saat əvvəl
PFL “Neftçi” ilə “Keşlə”nin oyunlarının yerini dəyişdi
- Premyer-liqa21 saat əvvəl
“Səbail”lə “Keşlə”dən hərəyə 1 qol, 1 xal – VİDEO