Connect with us

Premyer-liqa

“Zəfər dəhlizindən keçəndə gözlərim yaşardı” – Kamal Umudlu

-də paylaşıldı

“Meydana çatanadək bundan xəbərim yox idi. Sadəcə, Elgiz Abbasov demişdi ki, oyundan əvvəl tədbir olacaq. Mənimlə bağlı olduğunu bilmirdim. Artıq tuneldə olanda deyildi ki, hələ gözlə, əvvəl komandalar, sonra sən çıxacaqsan”.

Futbolinfo.az xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında futbol hakimi Kamal Umudlu Azərbaycan Premyer Liqasının 14-cü turunun “Səbail” – “Neftçi” matçında onun üçün hazırlanan zəfər dəhlizi barədə təəssüratlarını bölüşərkən deyib.

44 günlük Vətən müharibəsinin iştirakçılarından olmuş referi həmin an möhtəşəm hisslər keçirdiyini bildirib: “117 gündən sonra meydana çıxanda qəribə bir sevinc hissi var idi. Bu, artıq mənim üçün ölümsüzləşdirilmiş an oldu. Həmin vaxt bir anlıq donub qaldım. Dəhlizin içində gedərkən sona yaxın gözlərimin yaşardığını hiss etdim və buna görə başımı aşağı əydim. Möhtəşəm hisslər keçirdim. Müharibədə ən ön sıralarda olmasam da, onu yaxından hiss etdim. Vətən müharibəsindəki zəfərdən sonra bu dəhlizdə addımlamaq, xalqın göstərdiyi o hörməti, ehtiramı görmək tamam fərqli duyğulardır”.

117 gündən sonra yaşıl meydana qayıdan Umudlu fiziki baxımdan çətinlik çəkmədiyini vurğulayıb: “Dekabrın 31-də qayıtdıqdan sonra yanvarın 3-də fərdi məşqlərə başladım. Daha sonra isə komanda şəklində hazırlıqlara qoşuldum. İlk həftədə müəyyən çətinliklər olurdu. Növbəti günlərdə isə özümdə müsbət mənada dəyişikliklər olduğunu hiss etdim. Bu matçadək “Qarabağ” və “Zirə” arasındakı yoxlama görüşü idarə etmişdim. Təbii ki, rəsmi görüşlərdə ab-hava başqa cür olur. Amma özümü bu matça tam hazırlamışdım. Bu baxımdan hər hansı problem olmadı”.

Döyüş meydanı ilə futbol sahəsini müqayisə edən gənc referi hərəsinin öz çətinliklərinin olduğunu söyləyib: “Amma döyüş meydanında sabahın olub-olmayacağını bilmirik. Orada hər şey 50/50-dir. Daim ölümlə üz-üzə qala bilərsən. Bu mənada, döyüş meydanı daha ağırdır. Həmin vaxt bütün fikrimiz döyüşlərdə olduğu üçün gələcək barədə düşünmürdük. Yalnız müharibə bitdikdən sonra bütün fikrimi öz sahəmə yönəltdim. Oyun qaydaları kitabını əldə etdim və biliklərimi daha da təkmilləşdirməyə başladım. Artıq planlar qurmağa başladım. Çünki hakimliyə qarşı xüsusi sevgim var”.

Umudlu müharibədə olduğu vaxt daim AFFA və PFL rəhbərliyinin dəstəyini hiss etdiyini bildirib: “Tez-tez əlaqə saxlayırdılar. Hətta qayıtdığım gün milli assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov fərdi olaraq mənimlə telefonda danışdı. Maraqlanan hər kəsə təşəkkür edirəm. Hakimlər və Hakim-İnspektorlar Departamentinin mənim üçün ən böyük jesti, hədiyəsi dünənki oyuna təyinat almağım oldu”.

Referinin sözlərinə görə, onunla birlikdə daha 4 hakim ön cəbhədə xidmət edib: “Onlardan biri – Taleh Məmmədov Ordu sıralarına səfərbərliklə baş leytenenat kimi yollanmışdı. O, I Divizionda hakimlik edir. Digər hakim yoldaşlarım isə Qalib Əliyev, Əli Əliyev və Tural İbrahimov idi. Sonuncu hələ də qayıtmayıb, Qubadlıda xidmətini davam etdirir. Müharibə dövründə AFFA rəhbərliyi tərəfindən bizə həm maddi, həm də mənəvi yardım edilib”.

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Ölkə futbolu2021-03-03 16:06

Kramarenkonun anası vəfat etdi – koronavirusdan

Premyer-liqa2021-03-03 16:00

“Sumqayıt” “Zirə”yə qarşı – YENİLƏNİR

Dünya futbolu2021-03-03 15:52

Qriqorçuk “Şaxtyor”a Super Kubok qazandırdı

Dünya futbolu2021-03-03 15:21

Sevgilisini döydüyü üçün həbs olundu

Dünya futbolu2021-03-03 15:02

“Qəbələ”nin sabiq futbolçusu baş məşqçi oldu

Dünya futbolu2021-03-03 14:46

A Seriyasında fevralın ən yaxşı futbolçusu

Ölkə futbolu2021-03-03 14:23

“Sabah”la oyundan əvvəl “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Digər2021-03-03 13:24

Zəngilanın Beşdəli kəndi – VİDEO

Dünya futbolu2021-03-03 13:01

9 futbolçu və 1 məşqçi qəza nəticəsində öldü

Dünya futbolu2021-03-03 12:40

“Borussiya”nın futbolçusu millimizlə oyunu buraxa bilər

Milli komanda2021-03-03 12:25

Millimizin Moldova ilə oyun heyəti bəlli oldu

Ölkə futbolu2021-03-03 12:03

“Keşlə”də dəyişən yalnız məşqçilərdi

Ölkə futbolu2021-03-03 11:43

“Neftçi”nin məşqçisi Əməkdar Məşqçi adına layiq görüldü

Milli komanda2021-03-03 11:24

“Bunu bacarmaq üçün hər gün çalışırıq” – Millimizin üzvü

Milli komanda2021-03-03 11:01

Millimizin qapıçısı heyətdən kənarlaşdırıldı

Milli komanda2021-03-03 10:47

Heç kimi tanımayan Kobin: “Rüstəmlə Anatoli yığmanıza kömək edə bilər”

Dünya futbolu2021-03-03 10:29

“Qarabağ”ın sabiq futbolçusu karyerasını bitirdi

Dünya futbolu2021-03-03 10:05

“Şalke”də yeni baş məşqçi

Dünya futbolu2021-03-03 09:33

“Pirelli” növbəti mövsümdən “İnter”in sponsoru olmayacaq

Müsahibə2021-03-03 09:00

“Bu vəziyyətdən birlikdə çıxacağıq”

Premyer-liqa2021-03-02 21:17

“Qarabağ” “Qəbələ”ni belə məğlub etdi – VİDEO

Premyer-liqa2021-03-02 19:05

“Səbail”lə “Keşlə”dən hərəyə 1 qol, 1 xal – VİDEO

Ölkə futbolu2021-03-02 10:04

“e-Milli” komandamızın üzvləri bəlli oldu – VİDEO

Digər2021-02-28 16:45

Ulduz stansiyası: Eldar Mansurov – VİDEO

Ölkə futbolu2021-02-27 21:46

“Ulduz stansiyası”nın növbəti qonağı – Eldar Mansurov

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-22 17:55

Son dəqiqə qələbəsi “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-02-21 14:15

Beynəlxalq Ana Dili Gününüz mübarək! – VİDEO

Premyer-liqa2021-02-20 21:34

“Neftçi” 90+4-də sevindi – VİDEO

Premyer-liqa2021-02-20 20:37

“Keşlə” – “Zirə” matçında 4 qol – VİDEO

Premyer-liqa2021-02-19 20:46

“Sumqayıt” – “Qarabağ” 0:0 – VİDEO

Premyer-liqa2021-02-19 19:22

“Səbail” “Sabah”ı məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-18 18:10

Statistika: “Neftçi” – “Qəbələ”

Ölkə futbolu2021-02-18 11:03

“Neftçi” çempionluğa hazırdır” – Nərimancahan

Ölkə futbolu2021-02-17 17:57

“Neftçi” yeni hücumçusuna qovuşdu – VİDEO

Premyer-liqa2021-02-14 19:56

“Zirə” – “Sabah” 2:2 – VİDEO

Premyer-liqa2021-02-14 18:24

“Qəbələ” “Keşlə”ni məğlub yola saldı – VİDEO

Gündəm