Connect with us

Ölkə futbolu

Keşlə bazarı, Keşlə stansiyası və “Keşlə”

-də paylaşıldı

Keşlə stansiyasında dayanan bütün qatarlar yükünü “tutub gedir”. “Yükləyib” də demək olar – özünə xal yükləyənlər əslində həm də rəqibinin belinə məğlubiyyətləri qalaqlayır.

“Keşlə” 5 oyundu qələbə üzü görmür və bu müddətdə cəmi 1 xala sevinib – onu da aşkar autsayder “Sabah”la oyunda görüb. 14 oyunda vur-tut 3 qələbə qazanılıb ki, o da yalnız son pillədəki komandadan geri qalmamağa kifayət edir. Büdcəsinə, imkanlarına görə ən yaxşılardan biri olan komandadan danışırıq…

SOCAR bu mövsüm bir sıra klublara yardım etdi. “Qəbələ”, “Zirə”, “Sumqayıt” və “Səbail”ə verilən yardımlar (cəmi 2,5 milyon manat) onların problemlərinin kiçik bir hissəsini aradan qaldırmağa imkan verdi. Amma büdcəsi AFFA xətti ilə birbaşa Dövlət Neft Şirkətindən formalaşan “Keşlə” nəticə baxımından onların hamısından geridədi. Bu klublara birlikdə verilən pulun iki misli qədər büdcəsi olan və hamısını da SOCAR-dan alan komanda turnir cədvəlində onlardan sonra qərarlaşıb.

Maraqlıdı ki, nəticələr də kimsəni maraqlandırmır, klubun rəhbəri Zaur Axundovdan hesab sormurlar. Hər il 5-6 milyon manat havaya sovrulur, 6 aydan bir heyət dəyişilir, qovulanlara kompensasiyalar ödənilir, yenilərə şişirdilmiş rəqələr ödənilir. Təbii ki, həmin futbolçulardan yaxşı faizlər qamarlamaq üçün sıradan oyunçular gətirilir və onların oyunu da uğursuz nəticələri şərtləndirir. Və beləcə dövlətin milyonları dağıdılır, nəticəsizlik bir yana, ölkə futboluna faydalı olacaq heç bir iş görülmür. Milli komandalarda “Keşlə”nin demək olar, yetirməsi yoxdu.

“Yemək qazanı” düşüncəsiylə yanaşılan “Keşlə” dünən növbəti məğlubiyyətini aldı. SOCAR-ın yardım payında 20 qat fərq qoyduğu, ümumi büdcədə özündən 3 dəfə zəif olan “Sumqayıt”a.

Bəlkə də matçın ədalətli nəticəsi heç-heçə idi. Çünki “Sumqayıt” mövsümdəki ən zəif oyununu keçirdi, ilk dəfə bu qədər əziyyət çəkdi. Amma komanda işini bilən insanların idarəsində, əmin əllərdədi. Bu səbəbdən “kimyaçılar” minimal fürsətlərdən maksimum yararlanıb, vacib qələbə qazandı. Oyunun startında vurulan yeganə qolun əvəzini çıxmaq üçün ciddi cəhd göstərmək meydan sahiblərinin yadına yalnız son dəqiqələrində düşdü. O zaman isə çox gec idi.

Bəli, “Keşlə” matçın 52 dəqiqəsini azlıqda keçirdi. Amma bu, “Sumqayıt”ın günahi deyildi. Əvvəla, həlledici qol oyunçu sayı bərabər olarkən vurulmuşdu. İkincisi, həmin qırmızı vərəqə olmasaydı, qonaqlar ikinci qolu vuracaqdılar – rəqib sonuncu ümid folundan istifadə etdi. Üçüncüsü, “Sumqayıt” da heyətlə bağlı ciddi itkilərə uğradı. Belə ki, müdafiənin 2 əsas üzvü zədə üzündən oyunu yarımçıq bitirdi, baş məşqçi Ayxan Abbasov məcburi rotasiyalarla oyunu qurtardı.

“Keşlə” büdcəni doğru xərcləməyib, komanda səhv komplektləşdirilib. Müdafiənin cinahlarına lazımi oyunçular alınmayıb, dayaq bölgəsidə kadr sıxıntısı yaşanır, əvəzində kənar yarımmüdafiəçilərinin sayı çoxdu. Belədə Sadio Tounkara kimi sürətli cinah oyunçusu mərkəzdə top almağa məhkum edilir. Bu oyunçunu tanıyanlar onun bacarığına bələddi, imkanlarından faydalanmaq əvəzinə dəmirçiyə şüşə salmaq tapşırırsansa, nəticədən danışmağın yeri yoxdu. Və ya meydandan qovulan Elçin İsmayılov. Premyer Liqa üzü görməyən, yeni transfer edilən birini debüt matçında oda atırsansa, o alovda özün də yanmalısan.

Baş məşqçi Yunis Hüseynovun yanlışlarından roman yazmaq olar, amma Zaur Axundov kitab vərəqləyəsi adam deyil, kiçik qeydlər kifayət edər. Onun klub idarəçiliyində azca səriştəsi olsaydı, transferləri uğursuz işinə görə az öncə “Neftçi”dən qovulan Ceyhun Sultanova yox, daha səriştəli birinə tapşırardı. Yox, məqsəd pul qazanmaqdısa, SOCAR-a hesabatı buna uyğun verərlər.

Hüseynovun müasir futbolun tələblərindən 30 il geri qaldığını Axundov özü də bilir. Lakin düşünürdü ki, AFFA-dakı day-daylarının xahişi ilə bu təyinatı reallaşdırsın, oyunları birtəhər udacaqlar. Hardan biləydi ki, əla gənc məşqçi nəsli yetişib, ucuz ətdən dadlı şorba bişirib onun ağzını sulandıracaqlar. İndi xal aclığına düşüb, son pillədə olana isə avrokuboklara vəsiqə kökəsi vermirlər.

“Keşlə”yə təkcə baş məşqçi yox, ən əsası bacarıqlı idarəçilər lazımdı. Hansısa yollarla 1-2 oyun udmaq olar, amma yekun nəticənin yaxşı olması mümkün deyil. Mövsümdəki ən pis matçını keçirən “Sumqayıt”dan ev oyununda xal ala bilmirsənsə, digər oyunlarda barmaq sormaqdan başqa çarə qalmayacaq.

Çempionat rəsmən yarılandı, “Keşlə” liderin yarısı qədər xal toplamayıb, avrokubok zonasından yetərincə uzaqdadı. Ümumiyyətlə, ilk “üçlük” kifayət qədər aralanıb, son ümid yeri olan 4-cü pillə belə oyunla əlçatmaz görünür. Zaur bəy yəqin ki, günahlarını boynuna yıxmaq üçün “qurbanlıq” axtarır. Dünənə kimi qovulan oyunçular səbəb göstərilirdi, indi Hüseynov hədəfdədi. Amma bu gedişlə yayda özü hədəfdə olacaq – daha qurban verməyə kimsə qalmayacaq.

Nə olsun? Bu zəka sahibi AFFA İcraiyyə Komitəsinin üzvü, Futzal Federasiyasının prezidentidi. Təsəvvür edirsiz də Azərbaycanda futbolun taleyi hansı səriştənin sahibinə tapşırılıb? Əlaqələrdən, qohumluqdan, dostluqdan, “krışa”lardan yararlanıb, yenə özünü təmizə çıxaracaq, növbəti illər üçün daha böyük büdcəni ələ keçirəcək və yenə dağıtmaqla məşğul olacaq.

Dövlət hətta indiki iqtisadi çətinliklərə rəğmən, futbola inanılmaz qayğı göstərir. Milyonlar ona görə top oyununa yönəldilir ki, gənclər sağlam həyat tərzi keçirsin, insanların mənəvi istirahəti təmin olunsun, çempionatda rəqabət artsın, futbol inkişaf etsin, Avropaya daha güclü komandalar və futbolçular çıxaraq, milli komandaların nəticələri yaxşılaşsın, ölkəmizin bayrağı ən mötəbər oyunlarda dalğalansın. Lakin Keşlə bazarının reallıqlarını futbolda tətbiq edən Axundovkimilər həmin pulları istədikləri kimi dağıdır, dövlət, böyük insan kütləsi onun kimi ərköyünlərin bacarıqsızlığının, tamahkarlığının əziyyətini çəkir.

Ölkədə islahatlar davam edir və şaxələnir. Bizə gözləmək qalır. Gözləyirik ki, islahat dalğası futbola da gəlib çatsın və Nobel prospektindən gələn qatara Keşlə stansiyasından da lazımsız fiqurları yükləyib, uzaqlara aparsınlar.

FƏRİD

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Premyer-liqa2021-03-03 21:30

“İtirəcəyimiz xal bizi panikaya sala bilər” – Samir Abasov

Premyer-liqa2021-03-03 21:11

“Məğlubiyyətlərə görə vəziyyət daha da çətinləşir” – Visente Qomes

Premyer-liqa2021-03-03 20:56

“Neftçi” – “Sabah” matçında 3 qol – VİDEO

Premyer-liqa2021-03-03 20:17

“Zirə” xal itirdi, “Neftçi” qalib gəldi

Premyer-liqa2021-03-03 19:59

“Sumqayıt”la “Zirə”dən heç-heçə – VİDEO

Dünya futbolu2021-03-03 19:46

“Sampdoriya”da koronavirusa yeni yoluxma

Digər2021-03-03 19:24

1xGames kolleksiyasında yeni oyunlar: texnoloji Cyber2077 və lüks Royal Feast!

Ölkə futbolu2021-03-03 18:55

“Bakcell Arena”nın işıqları söndü

Dünya futbolu2021-03-03 18:41

Ronaldo daha bir ilkə imza atdı

Premyer-liqa2021-03-03 18:24

“Zədələr işimizi çətinə salır” – Ayxan Abbasov

Premyer-liqa2021-03-03 18:09

Rəşad Sadıqov yeni transferi təsdiqlədi: “Növbəti oyunlara sifariş edəcəyik”

Dünya futbolu2021-03-03 17:48

“Mançester Yunayted”də Kavani sağaldı

Digər2021-03-03 17:22

Azərbaycanda daha 319 nəfər koronavirusa yoluxdu

Dünya futbolu2021-03-03 17:03

Serbiya yığması Stoykoviçə tapşırıldı

Dünya futbolu2021-03-03 16:43

Pele peyvənd olundu

Dünya futbolu2021-03-03 16:21

Avroliqa matçının yeri dəyişdirildi

Ölkə futbolu2021-03-03 16:06

Kramarenkonun anası vəfat etdi – koronavirusdan

Dünya futbolu2021-03-03 15:52

Qriqorçuk “Şaxtyor”a Super Kubok qazandırdı

Dünya futbolu2021-03-03 15:21

Sevgilisini döydüyü üçün həbs olundu

Dünya futbolu2021-03-03 15:02

“Qəbələ”nin sabiq futbolçusu baş məşqçi oldu

Premyer-liqa2021-03-03 20:56

“Neftçi” – “Sabah” matçında 3 qol – VİDEO

Premyer-liqa2021-03-02 21:17

“Qarabağ” “Qəbələ”ni belə məğlub etdi – VİDEO

Premyer-liqa2021-03-02 19:05

“Səbail”lə “Keşlə”dən hərəyə 1 qol, 1 xal – VİDEO

Ölkə futbolu2021-03-02 10:04

“e-Milli” komandamızın üzvləri bəlli oldu – VİDEO

Digər2021-02-28 16:45

Ulduz stansiyası: Eldar Mansurov – VİDEO

Ölkə futbolu2021-02-27 21:46

“Ulduz stansiyası”nın növbəti qonağı – Eldar Mansurov

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-22 17:55

Son dəqiqə qələbəsi “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-02-21 14:15

Beynəlxalq Ana Dili Gününüz mübarək! – VİDEO

Premyer-liqa2021-02-20 21:34

“Neftçi” 90+4-də sevindi – VİDEO

Premyer-liqa2021-02-20 20:37

“Keşlə” – “Zirə” matçında 4 qol – VİDEO

Premyer-liqa2021-02-19 20:46

“Sumqayıt” – “Qarabağ” 0:0 – VİDEO

Premyer-liqa2021-02-19 19:22

“Səbail” “Sabah”ı məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-18 18:10

Statistika: “Neftçi” – “Qəbələ”

Ölkə futbolu2021-02-18 11:03

“Neftçi” çempionluğa hazırdır” – Nərimancahan

Ölkə futbolu2021-02-17 17:57

“Neftçi” yeni hücumçusuna qovuşdu – VİDEO

Premyer-liqa2021-02-14 19:56

“Zirə” – “Sabah” 2:2 – VİDEO

Gündəm