Dünya futbolu
“Şalke” türk futbolçusunu Niderland klubuna göndərdi

Almaniyanın “Şalke” klubu hücumçusu Ahmet Kutucunu icarəyə verib.
Futbolinfo.az xəbər verir ki, Bundesliqa klubu Türkiyə millisinin də üzvü olan futbolçunu Niderland təmsilçisi “Herakles”ə icarəyə göndərib.
Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı hücumçu mövsümün sonuna qədər Niderland klubunun uğurları üçün çalışacaq.
Ahmet Kutucunun “Şalke” ilə müqaviləsi 2022-ci ilin iyununa qədərdir. O, bu mövsüm Bundesliqa klubunun heyətində 10 oyuna cəmi 1 qolla yadda qalıb.
- Premyer-liqa20 saat əvvəl
“Qarabağ”dan darmadağın, “Səbail”lə “Keşlə”dən heç-heçə
- Milli komanda5 saat əvvəl
Heç kimi tanımayan Kobin: “Rüstəmlə Anatoli yığmanıza kömək edə bilər”
- Premyer-liqa21 saat əvvəl
PFL “Neftçi” ilə “Keşlə”nin oyunlarının yerini dəyişdi
- Premyer-liqa21 saat əvvəl
“Səbail”lə “Keşlə”dən hərəyə 1 qol, 1 xal – VİDEO