Dünya futbolu
“Atalanta”dan “Valensiya”ya

“Valensiya” İtaliyanın “Atalanta” klubuna icarəyə verdiyi müdafiəçisi Kristiano Piççinini geri qaytarmağa qərar verib.
Futbolinfo.az xəbər verir ki, bu barədə İspaniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
28 yaşlı sağ cinah müdafiəçisi mövsümün əvvəlində “Atalanta”ya icarəyə verilmişdi. Lakin o, zədə səbəbindən İtaliya klubunda cəmi bir oyun keçirə bilib. “Valensiya” isə heyətlə bağlı problemləri olduğu üçün, italyan futbolçusunu vaxtından əvvəl qaytarmağa üstünlük verib. Halbuki, tərəflər arasındakı müqaviləyə əsasən, Piççini mövsümün sonuna qədər “Atalanta”da çıxış etməli idi.
İtaliya yığmasında da 3 oyun keçirmiş Piççini, karyerası ərzində “Fiorentina”, “Karrarese”, “Spetsiya”, “Livorno”, “Betis” və “Sportinq”də də forma geyinib. O, 2018-ci ildən “Valensiya”dadır.
- Premyer-liqa20 saat əvvəl
“Qarabağ”dan darmadağın, “Səbail”lə “Keşlə”dən heç-heçə
- Milli komanda5 saat əvvəl
Heç kimi tanımayan Kobin: “Rüstəmlə Anatoli yığmanıza kömək edə bilər”
- Premyer-liqa21 saat əvvəl
PFL “Neftçi” ilə “Keşlə”nin oyunlarının yerini dəyişdi
- Premyer-liqa21 saat əvvəl
“Səbail”lə “Keşlə”dən hərəyə 1 qol, 1 xal – VİDEO