Connect with us

Müsahibə

“Bəhanə axtarmıram, amma bu komandanı mən qurmamışdım” – Yunis Hüseynov

-də paylaşıldı

Futbolinfo.az sizi “Keşlə” ilə yollarını ayıran Yunis Hüseynovun müsahibəsi ilə tanış edir:

  • İstefa verməyinizə əsas səbəb nə oldu?
  • Hər hansı xüsusi səbəb yoxdur. Belə məsləhət oldu və ərizəmi yazaraq klubdan ayrıldım. Başqa qlobal bir şey baş verməyib. Klub rəhbərliyi ilə münasibətim əladır, bundan sonra da elə olacaq. Aramızda heç bir problem olmayıb.
  • Komandanın son nəticələri sizi buna vadar etdi?
  • Mətbuatda yazırlar ki, sonuncu pillələrdə olduğumuz üçün yollar ayrılır. Nəticəni çempionatın sonunda demək lazımdır. Zəif nəticələrə görə istefa verməyim yalandır. Elə bir şey olmayıb. Öz xahişimlə komandadan ayrıldım.
  • Hər şey qaydasında idisə, klubda qalıb daha yaxşı nəticələrə köklənmək olmazdımı?
  • Mən inanıram ki, komanda yaxşı nəticələr qazanacaq və mövsümün sonunda istədiyi nəticəni əldə edəcək. Amma buna baxmayaraq, mən ayrıldım. Belə daha məsləhətli və məqsədəuyğun idi.
  • AFFA-nın sabiq texniki direktoru Bernhard Lippertin müavini idiniz. “Keşlə”yə də məhz oradan gəldiniz. Yenidən federasiyada işləyəcəksiniz?
  • Ümid edirəm. Bu, məndən asılı iş deyil. İcraçı vitse-prezidenti Elxan Məmmədov qərar verəcək. Qaytarsalar, böyük məmnuniyyətə dönərəm.
  • Sizi baş məşqçi olaraq ən çox “Karvan” klubundakı uğurlarınıza görə tanımışıq. Növbəti illərdə oradakı qədər yaxşı nəticələr qazanmağa nə mane olur?
  • “Xəzər Lənkəran”la ilk dəfə mən avrokubokda mərhələ adlamışam. Beşinci yerdən götürüb ikici yerə yüksəlmişdik.
  • Hər halda son illərdə karyeranız elə də uğurlu alınmayıb. “Keşlə”dən əvvəl “Kəpəz”i Premyer Liqaya düşməkdən xilas edə bilməmisiniz…
  • “Kəpəz”i qırağa qoyaq. Orada sonuncu yerdə gedən komandanı götürmüşdüm və uğur qazanmaq bir az çətin məsələ idi. Amma hər bir baş məşqçinin öz fəlsəfəsi var. Komandanı özün yığanda nəsə nəticə əldə edə bilərsən. Belə olan halda məşqçiyə irad bildirmək olar. Özün quran komanda ilə nə isə əldə etmək mümkündür.
  • Demək istəyirsiniz ki, “Keşlə”ni də siz qurmamışdınız?
  • Hazır komandaya gəlmişdim. Qurmamışdım deyəndə, bəhanə axtarmıram. Amma sırf mən qurduğum komanda deyildi. Hər bir baş məşqçinin fəlsəfəsi var. Özün qurandan sonra nəticə vermək daha yaxşıdır, nəinki hazır kollektivə gəlmək.
  • “Keşlə” transfer dönəmlərində çoxları ilə vidalaşır, yeni futbolçular gətirir. Demək olar ki, heyət köklü dəyişir…
  • Mənim dönəmimdə belə hadisə olmayıb. Baş məşqçi təyin olunanda transferlər gerçəkləşmişdi. Mən Sadio Tounkara ilə Anatoli Abanqı gətirmişdim.
  • Sizcə, komandanın heyəti niyə bu qədər çox dəyişir?
  • Onun səbəbini bilmirəm. Amma klub rəhbərliyi hər zaman çalışıb ki, yaxşı yerlərdən birini tutsunlar. Komanda üçün əllərindən gələni edirlər. Zaur Axundov futbolçuların və məşqçilərin arxasında duran insandır. Həmişə də istəyir ki, nəticə olsun. Nə lazımdırsa, təşkil edir.
  • “Keşlə”nin yeni baş məşqçisi Sənan Qurbanov açıqlamasında bildirib ki, komanda 7-ci yerə layiq deyil. Bu fikirlə razısınız?
  • Əlbəttə, razıyam. Amma digər tərəfdən, komanda 6-8-ci yerləri bölüşdürür, məhz 7-ci yer deyil. Elə oyunlar var idi ki, orada qələbə qazanmalı idik. Bəxt amili bizdən üz döndərdi. Sizi inandırım, komanda pis deyildi. Normal komandadır və turnir cədvəlində yaxşı yerlərdən birini tuta bilər.
  • Belə iddialar var ki, Zaur Axundov məşqçilərin işlərinə müdaxilə edir…
  • Digərlərini deyə bilmərəm. Heç kim mənim işimə müdaxilə etməyib.
  • “Keşlə”də baş məşqçilər tez-tez dəyişir, köməkçilər isə qalır. Bəlkə uğursuzluğun əsas səbəbi budur?
  • Xeyr. Onlar sarıdan problem görməmişəm. İstədiyimiz adamı gətirə bilərdik. Mən gələndən sonra gördüm ki, məşqçilər yaxşıdır və onlarla çalışdım.
  • Zakir Mahmudovun sizinlə işlədiyini bilirdik. Onun təyinatına rəhbərlikmi mane oldu?
  • Zakir müəllim artıq yaşlıdır və neçə müddətdir futboldan uzaq düşüb. Onunla danışıqlarımız da olub. Amma dediyim səbəbdən gəlməyib. Mahmudovun hər zaman hörmətini saxlamışıq, yaxşı məşqçilərdən biridir. Neçə illərdir, məşqçilikdən uzaqdır. (Report)
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-02-26 01:55

Avropa Liqasında 1/8 finalçılar bəlli oldu

Dünya futbolu2021-02-26 00:32

Araz Abdullayev üçün 3 dəqiqə və 1 xal

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Ölkə futbolu2021-02-25 21:37

“Qarabağ” Xocalı soyqırımını xüsusi forma ilə yad etdi

Premyer-liqa2021-02-25 21:13

Qurban Qurbanov: “Bu istəyi qoruyub saxlamaq lazımdır”

Premyer-liqa2021-02-25 21:10

“Sumqayıt” Qəbələdən xalsız döndü – VİDEO

Premyer-liqa2021-02-25 20:47

“Buraya məğlub olmağa gəlməmişdik” – Aftandil Hacıyev

Premyer-liqa2021-02-25 20:20

“Qarabağ” “Neftçi”yə çatdı

Premyer-liqa2021-02-25 19:53

“İlk hissədəki oyunumuz bizə ümid verir” – Visente Qomes

Premyer-liqa2021-02-25 19:44

“Bu, bizim üçün bir imtahandır” – Sənan Qurbanov

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-25 18:50

Rəşad Sadıqov: “Davit Volkovun zədəsi ciddi görünür”

Premyer-liqa2021-02-25 18:27

Samir Abasov “Zirə”yə məğlubiyyəti şərh etdi

Premyer-liqa2021-02-25 17:57

“Bunun nə ilə bağlı olduğunu bilmirəm” – “Qəbələ”nin məşqçisi

Premyer-liqa2021-02-25 17:43

Ayxan Abbasov: “Qəbələ” bizdən daha istəkli idi”

Digər2021-02-25 17:20

Azərbaycanda koronavirusa 126 yeni yoluxma

Dünya futbolu2021-02-25 17:17

Cordan Henderson AÇ-2020-ni buraxa bilər

Ölkə futbolu2021-02-25 16:13

“Qarabağ” Apellyasiya Arbitraj Tribunalına müraciət ünvanladı

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-22 17:55

Son dəqiqə qələbəsi “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-02-21 14:15

Beynəlxalq Ana Dili Gününüz mübarək! – VİDEO

Premyer-liqa2021-02-20 21:34

“Neftçi” 90+4-də sevindi – VİDEO

Premyer-liqa2021-02-20 20:37

“Keşlə” – “Zirə” matçında 4 qol – VİDEO

Premyer-liqa2021-02-19 20:46

“Sumqayıt” – “Qarabağ” 0:0 – VİDEO

Premyer-liqa2021-02-19 19:22

“Səbail” “Sabah”ı məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-18 18:10

Statistika: “Neftçi” – “Qəbələ”

Ölkə futbolu2021-02-18 11:03

“Neftçi” çempionluğa hazırdır” – Nərimancahan

Ölkə futbolu2021-02-17 17:57

“Neftçi” yeni hücumçusuna qovuşdu – VİDEO

Premyer-liqa2021-02-14 19:56

“Zirə” – “Sabah” 2:2 – VİDEO

Premyer-liqa2021-02-14 18:24

“Qəbələ” “Keşlə”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-13 21:34

Azərbaycan derbisində 3 qol, 4 “qırmızı” – VİDEO

Premyer-liqa2021-02-13 19:12

“Sumqayıt” – “Səbail” matçında 3 qol – VİDEO

Ölkə futbolu2021-02-13 13:40

Derbi öncəsi “Neftçi”də “sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-02-12 13:06

“Qarabağ”ın “Neftçi”yə vurduğu ilk qolun müəllifi danışdı – VİDEO

Premyer-liqa2021-02-12 12:48

“Qarabağ” – “Neftçi”: Promo – VİDEO

Gündəm