Dünya futbolu
Bundesliqada yeni rekordçu

“Bavariya”nın qapıçısı Manuel Noyer Bundesliqada yeni rekorda imza atıb.
Futbolinfo.az xəbər verir ki, 34 yaşlı qolkiper buna “Şalke” ilə səfər matınçda (4:0) nail olub.
Alman futbolçu çempionatda çıxış etdiyi dövr ərzində 197-ci dəfə qapısını toxunulmaz saxlamağı bacarıb. Beləliklə, o, sabiq komanda yoldaşı Oliver Kanın rekordunu yeniləyib. Kan 1987-2008-ci illərdə “Bavariya” və “Karlsrue”də 196 görüşdə qapısını toxunulmaz saxlayıb.
Noyer isə “Şalke” və “Bavariya”nın heyətində bu nəticəyə sahib olub.
- Premyer-liqa15 saat əvvəl
“Qarabağ”dan darmadağın, “Səbail”lə “Keşlə”dən heç-heçə
- Premyer-liqa23 saat əvvəl
Premyer Liqada 19-cu turun oyun cədvəli açıqlandı
- I Divizion23 saat əvvəl
Birinci Divizionda 16-cı turun oyun cədvəli bilindi
- Digər21 saat əvvəl
Azərbaycanda koronavirusa yeni yoluxanların sayı 350-ni keçdi