Connect with us

Milli komanda

“Məqsədimiz final mərhələsinə yüksəlməkdir”

-də paylaşıldı

Təlim-məşq toplanışını davam etdirən futzal üzrə Azərbaycan millisi məşqlərini gündə 2 dəfə olmaqla Bakı İdman Sarayında həyata keçirir.

Futbolinfo.az xəbər verir ki, karyerasını ölkə xaricində davam etdirən futzalçılar komandaya bu gün qoşulacaq. Baş məşqçi Joze Alesio Da Silva müsahibəsində də qeyd etdiyi kimi, yalnız İsa Atayev fərdi çalışmalarla kifayətlənir. Futzalçı tezliklə komandaya qoşulacağını, oyuna hazır olacağını bildirib. Federasiyanın rəsmi saytına açıqlama verən hücumçu zədəsi ilə bağlı bunları deyib:

“Zədə üzündən fərdi qaydada məşq edirəm. İki gündən sonra komanda ilə birgə çalışmalara qoşulacağam. Həkim oyuna qədər tam hazır olacağımı deyib. Özüm də bu qarşılaşmalarda meydana çıxmağı, komandama kömək etməyi çox istəyirəm”.

Hazırlıqla bağlı da danışan təcrübəli futzalçı vaxt azlığının və ilk gündən tam heyətlə məşq etməməyin çətinlik yaradacağını qabardıb: “Baş məşqçi də artıq komandanın yanındadır. Plan üzrə çalışmalarımız davam edir. Əlbəttə, tam formaya düşmək, oyuna istədiyimiz kimi hazır olmaq üçün vaxtımız azdır. İndi yaradılmış imkandan mümkün qədər istifadə edirik. Komanda olaraq hələ tam yığışmamışıq. Başqa klublarda çıxış edən oyunçularımız hələ milliyə qoşulmayıb. Əgər heyətin bütün üzvləri ilk gündən bir yerdə olsaydı, yəqin ki, effekt daha çox olardı”.

Rəqibləri də dəyərləndirən 32 yaşlı hücumçu millimizin qrupu lider kimi başa vuracağına şübhə etmir: “Qrup mərhələsinə Slovakiya ilə duellə start verəcəyik. Reytinq cədvəlinə uyğun fikir bildirsək, favorit Azərbaycan millisidir. Slovakiya bu yolda əsas rəqibimizdir. Moldovanı da kiçiltmək olmaz. Yunanıstana gəldikdə, bu komanda ilkin mərhələdən mübarizəyə başlayıb və pley-off-da Türkiyə millisini səfərdə vurduğu qolların yaratdığı üstünlük sayəsində mübarizədən kənarlaşdırıb. Onlar nə Slovakiyadı, nə də Moldova. Təbii ki, məqsədimiz final mərhələsinə yüksəlməkdir. Bunun üçün də yaxşı start göturməliyik. Slovakiya ilə son 2 ildə 2 dəfə qarşılaşmışıq. Çətin rəqibdir, amma udmaq mümkündür. Məncə, qrup mərhələsini lider kimi başa vuracağıq və məqsədə çatacağıq”.

İ. Atayev yeni format haqda da danışıb: “İlk dəfə qrup mərhələsi ev-səfər sistemi ilə keçiriləcək. Bu format daha maraqlı olacaq. Çünki hər bir rəqiblə iki oyun keçirəcəksən. Təəssüf ki, pandemiya ilə əlaqədar oyunlar azarkeşsiz keçirilir. Ancaq gələcəkdə bu sistem azarkeşlər üçün də maraqlı olacaq. Artıq hər kəs millini doğma meydanda da izləmək imkanı qazanacaq”.

Qeyd edək ki, yanvarın 29-da Slovakiyanı qəbul edəcək yığma 4 gün sonra Afinada Yunanıstanla üz-üzə gələcək.

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-03-03 12:40

“Borussiya”nın futbolçusu millimizlə oyunu buraxa bilər

Milli komanda2021-03-03 12:25

Millimizin Moldova ilə oyun heyəti bəlli oldu

Ölkə futbolu2021-03-03 12:03

“Keşlə”də dəyişən yalnız məşqçilərdi

Ölkə futbolu2021-03-03 11:43

“Neftçi”nin məşqçisi Əməkdar Məşqçi adına layiq görüldü

Milli komanda2021-03-03 11:24

“Bunu bacarmaq üçün hər gün çalışırıq” – Millimizin üzvü

Milli komanda2021-03-03 11:01

Millimizin qapıçısı heyətdən kənarlaşdırıldı

Milli komanda2021-03-03 10:47

Heç kimi tanımayan Kobin: “Rüstəmlə Anatoli yığmanıza kömək edə bilər”

Dünya futbolu2021-03-03 10:29

“Qarabağ”ın sabiq futbolçusu karyerasını bitirdi

Dünya futbolu2021-03-03 10:05

“Şalke”də yeni baş məşqçi

Dünya futbolu2021-03-03 09:33

“Pirelli” növbəti mövsümdən “İnter”in sponsoru olmayacaq

Premyer-liqa2021-03-03 09:15

“Sumqayıt” “Zirə”yə, “Neftçi” “Sabah”a qarşı – YENİLƏNİR

Müsahibə2021-03-03 09:00

“Bu vəziyyətdən birlikdə çıxacağıq”

Dünya futbolu2021-03-03 02:14

“Borussiya” yarımfinalda

Dünya futbolu2021-03-03 02:09

“Mançester Siti”dən növbəti qələbə

Dünya futbolu2021-03-03 01:44

“Yuventus”dan darmadağın

Dünya futbolu2021-03-03 01:35

“Torino”nun daha bir oyununa koronavirus əngəli

Dünya futbolu2021-03-02 23:09

“Barselona”nın sabiq prezidenti azadlığa buraxıldı

Dünya futbolu2021-03-02 22:45

“Beşiktaş”a bir qol bəs etdi

Ölkə futbolu2021-03-02 22:22

“Neftçi TV”də “Fanzona” – VİDEO

Premyer-liqa2021-03-02 21:17

“Qarabağ” “Qəbələ”ni belə məğlub etdi – VİDEO

Premyer-liqa2021-03-02 21:17

“Qarabağ” “Qəbələ”ni belə məğlub etdi – VİDEO

Premyer-liqa2021-03-02 19:05

“Səbail”lə “Keşlə”dən hərəyə 1 qol, 1 xal – VİDEO

Ölkə futbolu2021-03-02 10:04

“e-Milli” komandamızın üzvləri bəlli oldu – VİDEO

Digər2021-02-28 16:45

Ulduz stansiyası: Eldar Mansurov – VİDEO

Ölkə futbolu2021-02-27 21:46

“Ulduz stansiyası”nın növbəti qonağı – Eldar Mansurov

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-22 17:55

Son dəqiqə qələbəsi “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-02-21 14:15

Beynəlxalq Ana Dili Gününüz mübarək! – VİDEO

Premyer-liqa2021-02-20 21:34

“Neftçi” 90+4-də sevindi – VİDEO

Premyer-liqa2021-02-20 20:37

“Keşlə” – “Zirə” matçında 4 qol – VİDEO

Premyer-liqa2021-02-19 20:46

“Sumqayıt” – “Qarabağ” 0:0 – VİDEO

Premyer-liqa2021-02-19 19:22

“Səbail” “Sabah”ı məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-18 18:10

Statistika: “Neftçi” – “Qəbələ”

Ölkə futbolu2021-02-18 11:03

“Neftçi” çempionluğa hazırdır” – Nərimancahan

Ölkə futbolu2021-02-17 17:57

“Neftçi” yeni hücumçusuna qovuşdu – VİDEO

Premyer-liqa2021-02-14 19:56

“Zirə” – “Sabah” 2:2 – VİDEO

Premyer-liqa2021-02-14 18:24

“Qəbələ” “Keşlə”ni məğlub yola saldı – VİDEO

Gündəm