Müsahibə
“Qarabağ”ın müdafiəçisi: “Epizodu hakimdən başqa hamı gördü”

“Qarabağ”ın müdafiəçisi Kevin Medinanın futbolinfo.az saytına müsahibəsi
– Qış fasiləsindən sonra “Qarabağ” “Sabah”a qalib gəldi. Fasilədən sonra komandanın ilk oyununu necə dəyərləndirirsən?
– Bizim üçün yaxşı oyun oldu. Fasilədən sonra tam istədiyimiz kimi oynamamaq normaldır. Bəzi kiçik çatışmazlıqlar ola bilər. Lakin hər zaman olduğu kimi, inkişaf yolunda irəliləyəcəyik.
– “Zirə” ilə matçda qırmızı vərəqə almışdın və qarşılaşmanı kənardan izlədin. Ümumiyyətlə, həmin matçdakı qərarı doğru sayırsan?
– Həmin epizodda heç bir qayda pozuntusu etməmişdim. Ümumiyyətlə, hakimin qırmızı vərəqə verəcəyini də düşünmürdüm. Hər kəs epizodu daha yaxşı gördü – hakim istisna olmaqla.
– Səncə, Premyer Liqanın ikinci yarısı ilk yarıdan daha maraqlı olacaqmı?
– Məncə, daha maraqlı olacaq. Bunun da səbəbləri var. Yay fasiləsində daha çox dəyişikliklər olduğu üçün komandalar liqaya başlayanda bir-birini tanımır. Amma indi bütün komandalar bir-birini çox yaxşı bələddi. Bu səbəbdən çempionatın ikinci yarısının daha maraqlı olması normaldır.
– “Neftçi” çempionluq mübarizəsinə qoşulub və “Qarabağ”la bu yolda rəqabət apara biləcək tək komandadır. Səncə, sona qədər əzəli rəqibinizlə mübarizə davam edəcəkmi?
– Çempionluq uğrunda rəqabət aparacaq başqa komandaların olması təbii ki, çox yaxşıdır. Bu, marağı və gücü artırır. “Qaarabağ” isə daim güclü olub və belə olmağa da davam edəcək. Çalışacağıq ki, rəqabətdən qalib ayrılıb çempion olaq.
AĞA
- Premyer-liqa8 saat əvvəl
“Qarabağ”dan darmadağın, “Səbail”lə “Keşlə”dən heç-heçə
- I Divizion15 saat əvvəl
Birinci Divizionda 16-cı turun oyun cədvəli bilindi
- Premyer-liqa15 saat əvvəl
Premyer Liqada 19-cu turun oyun cədvəli açıqlandı
- Digər13 saat əvvəl
Azərbaycanda koronavirusa yeni yoluxanların sayı 350-ni keçdi