Ölkə kuboku
10-cu qələbə, 25-ci qol: Səfərdə ilk

“Zirə” Azərbaycan kubokunda 10-cu qələbəsini qazanıb.
Futbolinfo.az xəbər verir ki, bu, 1/8 finalın “Qaradağ Lökbatan”la matçına təsadüf edib.
Turnirdə 18-ci oyununu keçirən “qartallar” yubiley qələbəsini 4 cavabsız qolla əldə edib. Qəsəbə təmsilçisi kubokda 5-ci dəfə səfərdə qalib gəlib.
“Zirə” ölkə kubokunda ilk böyükhesablı səfər qələbəsini qazanıb. Ümumilikdə isə bu, 3-cü belə nəticə olub. 2017/18 mövsümündə “Xəzər”i üç, 2019/20 mövsümündə “Qaradağ Lökbatan”ı dörd cavabsız qolla məğlubiyyətə uğradan “qartallar” hər iki rəqibini evdə yenmişdi.
Komanda həm də özünün kubokda ən böyükhesablı qələbə rekordunu təkrarlayıb. 2019-cu il dekabrın 4-də evdə “Qaradağ Lökbatan”ın qapısından 4 cavabsız top keçirən “Zirə” bu dəfə eyni rəqibi səfərdə həmin hesabla üstələyib.
Oyunda vurulan ikinci top klub tarixinə kubokdakı 25-ci qol kimi düşüb. Yubiley qoluna Davit Volkov imza atıb.
- Premyer-liqa7 saat əvvəl
“Qarabağ”dan darmadağın, “Səbail”lə “Keşlə”dən heç-heçə
- I Divizion14 saat əvvəl
Birinci Divizionda 16-cı turun oyun cədvəli bilindi
- Digər12 saat əvvəl
Azərbaycanda koronavirusa yeni yoluxanların sayı 350-ni keçdi
- Premyer-liqa15 saat əvvəl
Premyer Liqada 19-cu turun oyun cədvəli açıqlandı